20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Samir Abasov: "Komandam super oynayır"

“Artıq ikinci oyundur ki, komandamız çox super oyunayır. Bu görüş "Qəbələ” ilə ötən turdakı matçın davamı idi. Təəssüf ki, "Qəbələ”ni əldən buraxdıq, uda bilmədik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 9-cu turunda doğma meydanda "Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.

39 yaşlı mütəxəssis eyni tempdə oynadıqları üçün futbolçulara təşəkkür edib: "Hesabda geri düşdük, lakin oyunda dönüş etməyi bacardıq. İkinci hissədə daha aqressiv və ağıllı oynadıq. Bu tempdə davam etməliyik, borcumuzudur. Bizdən geridə olanlar yaxınlaşır. Bu qatardan geri qalsaq, sonra başımız ağrıyar. Bu gün həddindən artıq istəkliydik və qalib gəldik".

S.Abbasov hazırda transfer barədə düşünmədiklərini söyləyib. O, əllərindəki futbolçularla öz oyun tərzlərini formalaşdırmağa çalışdıqlarını deyib: "Transfer barədə fasiləyə yaxın düşünəcəyik. Deməzdim ki, böyük boşluqlar var. Komandaya güc qatmaq baxımdan yeni oyunçular lazımdır.Amil Yunanovla rəqabət apara biləcək oyunçu da götürəcəyik.  Klub yaranandan bir strategiyası var - yerli futbolçularla oynamaq. Bunu da davam etdirəcəklər. Rəhbərlik bu cür istəyib. Onlar da inanırlar ki, məşqçilər bu işin öhdəsindən gələcəklər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30