29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Zaur Svanadze: “O ki qaldı legioner transferinə...”

"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 9-cu turunda səfərdə “Səbail”ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, gürcü mütəxəssis əvvəlcə matç barədə bildirib:

- 3 oyundur uduzuruq. Son vaxtlar lazımi səviyyədə oynamırıq, 8-9 oyunçu ilə məşq edirik. Rauf Əliyevin gedişindən sonra hücumçu mövqeyində çətinliyimiz var. Nizami Hacıyev məşq etsə də, hələ tam hazır deyil. Denis Silva da xəstə olduğundan bu gün çıxış edə bilmədi. Düzdür, bunu bəhanə etmirəm, ancaq heyət cəhətdən problemlərimiz var. Əvvəl də dediyim kimi, qışa kimi əzab çəkəcəyik. Bundan sonra yeni oyunçular cəlb edərək, vəziyyəti düzəldə bilərik. “İnter” adı ilə son oyunumuza çıxdıq. Buna görə, bu gün qalib gəlmək istəyirdik. Ancaq alınmadı. Futbolçularıma təşəkkür edirəm. Məncə, onlar bu müddət ərzində “İnter” adına layiq çıxış etdilər. Növbəti turdan “Keşlə” adı altında oynayacağıq.

- Komandada bu gün sanki aqressiya çatışmırdı. Komanda cinahlarda zəif təsir bağışlayırdı. Buna səbəb nədir?

- Son bir ay ərzində 9-10 futbolçu ilə məşq etmişik. Bu oyunçularla tam hazır olmaq, keyfiyyətli məşq keçmək mümkün deyil.

- İkinci dövrənin bitiminə 5 tur qalıb. Hansı oyunçuların komandaya cəlb edilməsi və ya maliyyə məsələsi ilə bağlı rəhbərliklə danışmısınız?

- Bəli, rəhbərliklə danışmışam. Bir neçə mövqeyə yeni futbolçuların cəlb edilməsini planlaşdırırıq.

- Bu futbolçular yerli olacaq, yoxsa legioner?

- Çox istərdik ki, yerli futbolçu cəlb edək. Ancaq bu, çox çətin olacaq. O ki qaldı legioner transferinə, məncə, bunu həyata keçirə bilərik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31