19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Tahir Gözəl: “Dünya bugünkü oyunumuzu alqışlayacaq”

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl “Atletiko” ilə oyundan sonra (0:0) brifinq keçirib. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Bir xala görə sevinirsiz?

- “Qarabağ” bir daha sübut etdi ki, dünyanın ən güclü klublarına qarşı oynamağa qadirdi. “Qarabağ” ölkəmizi layiqincə təmsil etdi. Bu, xalqımızın, cənab prezidentin gücüdü. Dünya da bugünkü oyunumuzu alqışlayacaq. Xalqımızı, prezidentimizi təbrik edirem. Biz bu gün buradan qürurlu ayrılırıq. Kaş qələbə qazanardıq. Fürsətlərimiz oldu, amma alınmadı. “Qarabağ”ın hələ də şansı var. Madriddə də bu cür oynamağa çalışacağıq. Özünüz gördünüz ki, necə pressinq edirdik. Səfərdə də nəticə qazansaq, qrupda şansımız olacaq.

- Nəticəyə görə sanki təəssüflənirsiniz...

- Qol epizodlarımız oldu. Bir prenalti epizodu vardı. Deyə bilmərəm dəqiq, 100 faiz penalti idi, ya yox. Hakim penaltini verə də bilərdi. Qırmızı vərəqəyə görə narahat oldum. 10 nəfərlə oynadıq, 18 dəqiqəni azlıqda keçirdik. Buna baxmayaraq, yaxşı mübarizə apardıq. Mənəvi qələbə qazandıq.

- Bu cür oyunla “Qarabağ” ən azı qrup üçüncülüyü, Avroliqa üçün oynaya bilər?

- Etiraf etmək lazımdır ki, çətindi. Ölüm qrupuna düşmüşük. Amma artıq bizim xalımız var. Daha bir oyunda da xal qazansaq, şansımız olacaq.

- Dino Ndolovunun yoxluğu səfər oyununda özünü göstərəcək?

- Qurban hoca baxacaq bu məsələyə. Texniki heyətin işidi. Dinonun olmaması bizim üçün itkidi. Görək necə olur.

- Oyun stilinə görə “Atletiko” “Qarabağ” üçün ən uyğun rəqibdi?

- “Atletiko” əks-hücumları ilə tanınan klubdu. Hamısı dünya səviyyəli oyunçulardı. “Atletiko” əvvəlki oyununda “Barselona” ilə bərabərə qalıb. “Qarabağ” öz gücünü ortaya qoyacaq və məncə şansımız daha artıq olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30