20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Hafiz Məmmədov “Atletiko”nun prezidenti ilə görüşdü

Oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsi III turu çərçivəsində Bakıda “Qarabağ”la qarşılaşacaq “Atletiko”nun prezidenti Enrike Serezo bir vaxtlar əməkdaşlıq etdiyi tanınmış iş adamı Hafiz Məmmədovun qonağı olub.

Futbolxeber.az saytının məlumatına görə, “Bakı”nın prezidenti ilə görüş zamanı Serezo Hafiz Məmmədova arxasında onun ad və soyadı yazılmış “Atletiko”nun özəl formasını, eləcə də xüsusi suveniri hədiyyə edib.

Tərəflər görüş zamanı müxtəlif məsələlər, eləcə də gələcək əməkdaşlıqla bağlı müzakirələr aparıblar.

Serezo görüşdən sonra fikirlərini mətbuat nümayəndələri ilə bölüşüb: “Yenidən Bakıda olduğum üçün, eləcə də görüşdüyümüz üçün çox şadam. Hafiz Məmmədov mənim dostumdur. “Land of fire Azerbaijan” brendini daşıdığımız zaman “Atletiko”da çox irəli getdi. Həmin işbirliyi bizə düşərli oldu. İnanırıq ki, nə vaxtsa Azərbaycanla, Hafiz Məmmədovla yenidən işləyəcəyik. Hər zaman onun yanındayıq, onunla dostuq”.

İspaniya klubunun rəhbəri “Qarabağ”la görüş öncəsi də fikirlərini dilə gətirib: “Qarabağ”la oyun çox çətin olacaq. İki turdan sonra cəmi 1 xalımız var. Növbəti uğursuzluq bizim işimizi daha da çətinləşdirə bilər. Qrupdan birinci yerlə çıxmağı düşünürdük. Amma belə olan halda alınmaya bilər. Biz mütləq Bakıda qələbə qazanmalıyıq. Əks halda şanslarımız azalacaq”.

Ardınca Hafiz Məmmədov da Serezoya xüsusi hədiyyələrini təqdim edib. “Bakı”nın prezidenti də “Atletiko”nu yenidən ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Hafiz bəy sabahkı oyunla bağlı suala “Atletiko”ya hörmətimiz böyükdür, amma sabah öz komandamızın, “Qarabağ”ın qələbə qazanmasını istəyirik” deyə cavab verib.

 

 


Fotolar: Rafael İbadov


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30