19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Simeone: "Bizim üçün ən vacib olan 3 xaldır”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Qarabağ" ilə oyun öncəsi mətbuat konfransı keçirib. Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, argentinalı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini açıqlayıb.

 - Hə, məndən əvvəl futbolçumuz Nyiqezin də dediyi kimi, ölüm-dirim oyununa çıxacağıq. Çətin olacağını bilirik. Amma uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik.

- Vacib oyuna çıxacaqsınız. İlk növbədə Antuan Qrizmandan nə gözləyirsiniz?

- Gözləntilər tək bir oyunçudan yox, bütün komandadandır. İlk 2 oyun yaxşı alınmadı. İnanıram ki, sabah istədiyimiz nəticəni əldə edəcəyik.

- “Barselona” ilə oyunda heç-heçə oynadınız. Bu nəticədən sonra narahat görünürsünüz...

- Komandamın düzgün yolda olduğunu bilirəm. Qrupdakıı ilk iki oyunda yaxşı oynasaq da, xallar itirdik. Amma mən komandama inanıram.

- “Qarabağ” o qədər də güclü deyil. Bununla belə, sabahkı oyunda hər hansı dəyişiklik etmək fikriniz var?

- Bizim üçün ən vacib olan 3 xaldır. Bunun üçün nə dəyişiklik lazımdısa, edəcəyik. Bilirik ki, elə-belə rəqiblə oynamırıq.

- “Qarabağ”da ehtiyat elədiyiniz oyunçu varmı? Varsa, kimlərdi?

- “Qarabağ”da yaxşı futbolçular var. Ortada Miçel və Enrikeni qeyd etmək olar.

- “Qarabağ” ispan futboluna yaxın oyun sərgiləyir. Bu komandaya qarşı nə cür oynamağı düşünürsünüz?

- “Qarabağ”ın ispan futboluna yaxın oynadığını bilirəm. Amma hər oyuna fərqli üslubla çıxırlar. Təhlükəli futbolçuları var. Ona görə də çox diqqətli olmalıyıq.

- “Çelsi” ilə oyuna kimi La Liqada yaxşı qələbələr qazanmışdınız.

- Hər oyuna eyni cür hazırlaşırıq. Komandama çox inanıram. Çatışmazlıqlarımız var, üzərində işləməliyik. Oyundan-oyuna daha yaxşı olacağıq.

- Azəbaycanla əməkdaşlıq etdiyiniz dövr sizin üçün çox uğurlu olmuşdu...

- Klub barədə məlumatım var. Düzdür, əməkdaşlıq bizə uğur gətirmişdi. Birinci ildə “Santyaqo Bernabeu"da “Real”ı məğlub etmişdik. Növbəti ildə La Liqa çempionu olmuşduq. 3-cü ildə isə ÇL-də finala çıxmışdıq. İnanıram ki, Azərbaycandan qayıtdıqdan sonra yenə həmin uğurları təkrarlayacağıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31