18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Atletiko”nun yarımmüdafiəçisi: “Ölüm-dirim oyunu olacaq”

“Atletiko”nun yarımmüdafiəçisi Saul Niqes bu gün Bakıda jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, “Qarabağ”la Bakıda keçiriləcək Çempionlar Liqasının üçüncü turunun oyunu ərəfəsində təşkil edilən mətbuat konfransına ispan futbolçu baş məşqçiləri Dieqo Simeone ilə birgə qatılıb.

- Çempionlar Liqasında final və yarımfinal oynamısan. Sabahkı matç da final oyunu kimidir. Uduzsanız, ÇL sizin üçün erkən bitə bilər. Bu mənada, “Qarabağ”la qarşılaşma sənə əlavə motivasiya verir?

- Mənim üçün “Atletiko” forması geyinmək özü bir motivasiyadır. Ölüm-dirim oyunu olacaq. Hər oyunda komandama xeyir verməyə çalışıram. Birinci növbədə komandanı, sonra isə azarkeşləri düşünürəm.

- Sabahkı oyun və Bakı haqda təəssüratlarınız necədir?

- Şəhəri hələ gəzməyə vaxtımız olmayıb. Bir neçə il əvvəl burda olmuşuq. Bakını gözəl şəhər kimi tanıyıram. Bizim üçün həlledici oyun olacaq. Burdan 3 xalla ayrılmağa çalışacağıq.

- “Qarabağ” kimi komandalar “Atletiko”ya başağrısı olublar. Belə matça köklənmək çətin deyil?

- Bizdə bu cür təcrübə var. Rahatlaşmaq olmaz. Çünki rəqib azarkeşləri önündə oynayacaq. Çalışacağıq ki, qələbə qazanaq.

- Hücumameylli oynamaq sizə rahatdır?

- Açığı, oyuna çıxanda bunu düşünmürəm. Mənim əsas fikrim komandamın uğur qazanmasıdır.

- ÇL-də ilk 2 oyununuz uğurlu alınmadı. Üzərinizdə təzyiq var. Bu, sizə mənfi təsir göstərə bilərmi?

- Özümüz özümüzü bu çətinliyə salmışıq. Bunu aradan qaldırmaq da öz əlimizdədir. İlk dəqiqələrdən qol vurub, vəziyyəti düzəltməyə çalışacağıq.

- Dieqo Simeonenin sənin bu səviyyəyə çatmağında nə kimi rolu olub?

- Təşəkkürümü bilidirirəm. Onun etimadını qazanmaq çox çətin oldu. Amma alındı. Simeonenin üzərimdə əməyi çox böyükdür.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30