28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qara Qarayev: “Sabah bizə azarkeş dəstəyi çox lazım olacaq”

"Atletiko” haqda ancaq xoş sözlər demək olar. Rəqib son vaxtlar alqışalayiq futbol göstərir. Qrupumuzda ən aqressiv oyun göstərən komandadır. Sabah da belə olacaq. Amma biz də azarkeşlərimiz önünə yaxşı futbol göstərmək istəyirik. Xal qazansaq, əla olar. İnşallah, bütün heyətimizlə sabahkı görüşdən yaxşı nəticə ilə ayrılarıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Atletiko" ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Hazırda işğal altında olan şəhəri təmsil etmək sizin üçün nə deməkdir?

- Sözsüz ki, doğma şəhərdə oynamamaq şəxsən mənə  çətinlik yaradır. Buna baxmayaraq, “Qarabağ” klubu bu hisslərin qarşısını az da olsa, ala bilir. Düşünürəm ki, çox keçmədən oyunlarımızı doğma şəhərdə keçirəcəyik. Üzərimizdə böyük məsuliyyət var. Həmin torpaqları təmsil edirik.

- Bu yaxınlarda millinin heyətində Almaniya yığmasına qarşı oyunda iştirak etdiniz. Həmin görüşün birinci hissəsindəki ab-havanı sabahkı matçda da görə bilərikmi?

- Millinin heyətində oynamaq “Qarabağ”da oynamaqdan fərqlidir. Yığmada çıxış edən həyəcan daha çox olur. Buna rəğmən, Almaniyaya qarşı birinci hissədə yaxşı oynadıq. Amma ikinci hissədə rəqibin təzyiqinə tab gətirə bilmədik. Biz həmin ab-havanı kluba da gətiririk. Düşünürəm ki, həmin ab-hava “Atletiko” ilə görüşdə də bizə kömək edəcək.

- Artıq dördüncü ildir ki, Avropada qrup mərhələsində oynayırsınız. Niyə sənin kimi heyətdəki digər yerli  futbolçulara bu müddət ərzində Avropa klublarından təklif gəlməyib?

- Yəqin ki, hələ lazımi səviyyəyə çatmamışam, zəif oynamışam Bu təklif təkcə mənə yox, heç bir azərbaycanlı futbolçuya gəlmir. Səbəbin nə olduğunu bilmirəm. Əvvəl də demişəm ki, Avropanın hansısa komandasından mənə təklif gəlsə, pula baxmayacam, gedib oynayacam. Karyeramı Avropada davam etdirməyi çox istəyirəm.

- Sabahkı matça biletlərin hamısı satılmayıb. Stadionun tam dolması üçün azarkeşlərə hansı çağırışı edə bilərsiniz?

- Qrupa düşəndən sonra Bakıda 3 böyük oyunumuz olmalı idi. Artıq birini keçirmişik, 2 matçımız qalıb. Bu görüşlər ölkəmizdə futbol bayramı kimi qeyd olunmalıdır. Düşünürəm ki, 1 gün ərzində hər hansı çətinliyə düşmək olar. Sabah bizə azarkeş dəstəyi çox lazım olacaq. Bu, komandanın daha yaxşı motivasiya olması üçün vacibdir. Məncə, qalan biletlər də sabah satılacaq




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31