19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Milinko Pantiç: “Hafiz Məmmədovun “Bakı”nı toparlamasına ümid edirəm”

“Bakı”nın sabiq baş məşqçisi, oktyabrın 18-də keçiriləcək “Qarabağ” - “Atletiko” oyunu üçün paytaxtımıza təşrif buyuran Milinko Pantiç bu gün bir qrup azərbaycanlı jurnalist üçün brifinq keçirib. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Bakı gəlişinizin səbəbi böyük ölçüdə məlum olsa da, bunu öz dilinizdən eşitmək istərdik...

 - Bakıya hansısa xüsusi məqsədə görə gəlməmişəm. Hafiz Məmmədov dəvət etdi, mən də bunu dəyərləndirib Azərbaycana gəldim. Həm uzun aradan sonra Hafiz müəllimi görəcəyəm, həm də "Qarabağ” - "Atletiko” oyununu izləyəcəyəm.

- Bakı Olimpiya Stadionunda baş tutacaq oyunda “Qarabağ” və “Atletiko”nun şanslarını necə dəyərləndirirsiz?

- "Qarabağ” güclü rəqibdir. Son illərin Azərbaycanda aparıcı komandasıdır. "Atletiko” isə son 3 ildə 2 dəfə ÇL-in finalında oynayan kollektivdir. "Qarabağ” üçün asan olmayacaq. Ona görə də meydan sahibləri qazanılacaq müsbət nəticəyə görə sevinməlidir. "Qarabağ” ÇL-in qrupuna düşməklə böyük uğura imza atıb, tarix yazıb. Bu, onlar üçün kifayət qədər qürurverici olmalıdır. Ağdam klubunun göstərdiyi nəticə bir daha sübut edir ki, ölkəsindən və yerindən asılı olmayaraq bir klubda qarşıya məqsəd qoyulursa, layihə üzərində iş gedirsə, hər bir insan işinə ciddi yanaşırsa və ortalıqda pul da varsa, sonda nəticə əldə etmək olur. Hazırda futbolda vəziyyət bir qədər çətindir. Futbola pul buraxan rəhbərlər dərhal nəticə istəyirlər, gözləmirlər.

- La Liqanın son turundakı "Barselona” ilə heç-heçə “Atletiko”nun “Qarabağ”la görüşünün nəticəsinə hər hansı şəkildə təsir göstərə bilər?

- İspaniya çempionatında asan oyun yoxdur. Dünyanın ən yaxşı çempionatı La Liqadır. "Atletiko”nun futbolçuları həftədə 2 matç keçirməyə öyrəşiblər. Fiziki cəhətdən yaxşı hazırlıqlı komandadır. "Barselona” ilə görüşün yorğunluğunun qarşıdakı oyuna öz təsirini göstərəcəyinə inanmıram. "Atletiko”ya yalnız yolun uzunluğu çətinlik yarada bilər.

- Hazırda "Atletiko”nun "zəif bəndi” harasıdır?

- "Atletiko”nu çox sevirəm. Ona görə də bu barədə heç nə deyə bilmərəm. Əlbəttə, Dieqo Simeone məndən hansısa məsləhət istəsə, fikrimi deyə bilərəm. Çünki "Bakı” ilə Azərbaycan çempionatında "Qarabağ”a qalib gəlmişəm. İki dəfə isə uduzmuşam.

- "Atletiko” son 5 oyunda cəmi 1 qələbə qazanıb. Üstəlik, ÇL-də qalibiyyəti yoxdur. Bu amil "Qarabağ” üçün üstünlük sayıla bilər?

- Bunun "Qarabağ” üçün üstünlük olduğuna inanmıram. "Atletiko” güclü komandadır. Onları məğlub edən çox az kollektiv var. Düzdür, son 5 matçda 1 qələbə əldə edib, lakin məğlub da olmayıb. "Atletiko” bütün rəqiblərə eyni cür yanaşır. Evdə və ya səfərdə oynamasından asılı olmayaraq stabil çıxış edir. Bu baxımdan dünyada 3-4 klubdan biridir.

- "Qarabağ”ın uğurunun düzgün iş aparılmasının nəticəsini olduğunu söylədiniz. "Bakı”da işlədiyiniz vaxt bu komandanın indiyi nailiyyətləri əldə edəcəyini gözləyirdiniz?

- Mən gedən zaman "Qarabağ” Avropa Liqasının qrupuna düşdü. Əlbəttə, gözləmək olardı. Çünki hər şey buna doğru gedirdi.

- Pantiç onu Azərbaycana tanından "Bakı”nın hazırkı durumuna görə üzülür?

- Əlbəttə, "Bakı”nın indiki halına çox üzülürəm. Klubun bu günləri yaşamasını istəməzdim. Hafiz Məmmədovun yenidən klubu toparlamasını, hər şeyi sıfırdan başlamasını istəyirəm. Ümid edirəm ki, bu cür də olar. Mənim Hafiz müəllimə hörmətim sonsuzdur. Klubda maliyyə problemləri olsa da, prezidentə sadiq qaldım. Yeganə adamam ki, FİFA-ya şikayət etməmişəm. Bugünə kimi də danışırıq, ondan dəstəyimi əsirgəmirəm.

- Bu gün Azərbaycanın bir çox aparıcı komandalarında "Bakı”nın yetirmələri çıxış edir. Mahir Mədətov, Rəhman Hacıyev kimi futbolçuları izləyirsiniz? Mədətovu "Atletiko”ya məsləhət görə bilərsiniz?

- Əlbəttə, çoxundan xəbərim var, izləyirəm. "Bakı”dan gedəndən sonra başqa klublardan təkliflərim oldu. Lakin son anda getməyim alınmadı. Həmin klubların qarşısında şərt qoymuşdum ki, Azərbaycandan 1-2 nəfər istedadlı futbolçu gətirmək istəyirəm. Namiq Ələsgərov, Vüqar Mustafayev və daha 1-2 nəfəri Azərbaycandan aparmağı düşünürdüm. Ancaq alınmadı, istədiyimi edə bilmədim. Mənim dönəmimdə "Bakı”da çoxlu istedadlı futbolçular vardı. İndi də aparıcı klublarınıza çıxış edirlər. Bakıda keçirdiyim son 5 ayın problemlərlə müşayət olunmasına çox üzülürəm. Biz istədiyimiz layihəni tamamlaya bilmədik. Daha 2-3 iul davam etsəydik, hazırda "Qarabağ”la başabaş mübarizə aparardıq. Həm Azərbaycanda, həm də kənarda. Adam öz işi ilə həyatda hər şey əldə edə bilər. "Bakı”ya gələndə heyətdəki futbolçuların potensialını gördüm və bildim ki, bu oyunçularla uğur qazanmaq olar. Qış toplanışından qayıdandan sonra bir neçə matçda qələbə qazandıq. Lakin maliyyə problemi həllini tapmadığı üçün eniş yaşandı.

- Nisbətən zəif şərtlərlə "Bakı”ya qayıdarsınız?

- Həmişə çalışıram ki, hansısa ölkədən gedən zaman qapını çırpmayım. Komanda əvvəlki vəziyyətinə qayıtsa və təklif olsa, bunu dəyərləndirərəm. Ailəmlə də məsləhtəşərəm. FİFA-ya şikayət etməməklə "Bakı”ya sadiq olduğumu göstərdim. Ən çox alacaq məndədi idi. Amma buna göz yumdum. Hər zaman bura qayıtmaq hazıram.

- "Qarabağ” - "Atletiko” oyunu üçün proqnozunuz...

- "Atletiko” qalib gələcək, lakin hesabı deyə bilmərəm.


foto: report.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31