23 Yanvar 2018, Çərşənbə axşamı
AFFA rəsmisi UEFA-nın seminarında
Etopaz.az-da bu gün 46 canlı oyun
“Neftçi”dən biabırçı məğlubiyyət
Dünya kuboku Azərbaycana gətirilir

Ölkə futbolu

Mövsümün ən böyük hesabı

Topaz Premyer Liqasında mövsümün ən böyük hesabı qeydə alınıb.

Futbolxeber.az saytının məlumatına görə, VIII turun “Səbail”lə səfər oyununda 4:0 hesablı qələbə qazanan “Neftçi” cari mövsümdə 4 və ya daha çox top fərqilə qalib gələn ilk komanda olub. Bunadək qeydə alınan üç böyükhesablı nəticənin hamısında fərq 3-ə bərabər olub.

Bu məğlubiyyət “Səbail”in tarixinə Premyer Liqadakı ilk böyükhesablı yenilgi kimi düşüb. Paytaxt təmsilçisi buna üzülən 58-ci komanda olub. Bununla da nəticələri ləğv olunan “Gənclik”dən başqa Premyer Liqada oynayıb, belə yenilgi almayan komanda qalmayıb. Bu siyahıda antirekord MOİK-ə məxsusdur - 52 böyükhesablı məğlubiyyət.

Belə qələbələr sayında rekordçu olan “Neftçi” isə 118-ci uğuruna sevinib. “Ağ-qaralar” bu il aprelin 15-də AZAL üzərində 4:0 hesablı qələbədən 183 gün sonra böyük fərqlə qalib gəlib. Son böyükhesablı qələbələrini evdə qazanan “Neftçi” rəqib meydanında belə uğuru təxminən 4 il 8 aydan sonra əldə edib. Bakılılar səfərdəki son belə qələbəsini 1709 gün əvvəl - 2013-cü il fevralın 9-da “Kəpəz”i 3:0 hesabı ilə udanda qazanmışdı. Maraqlıdır ki, həmin qarşılaşma da “Səbail” - “Neftçi” matçının keçirildiyi “Dalğa Arena”da baş tutmuşdu


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2018
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31





Click to Visit