7 Iyul 2025, Bazar ertəsi
İmad Faraj rəsmən “Neftçi”də
“Turan Tovuz”da 3 yeni təyinat
"Zirə" Türkiyəyə getdi
“Boavişta”nın müdafiəçisi “Kəpəz”də

Ölkə futbolu

Avroliqadakı rəqiblərimiz bəlli oldu

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq. Futbolxeber.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq tədbirdə turnirdəki hər üç təmsilçimiz - "Qarabağ", "İnter" və "Xəzər Lənkəran"ın potensial rəqibləri müəyyənləşəcək.

Bu mərhələdə “Qarabağ” və “İnter” klubları "səpələnməmişlər" səbətində yer alacaq ki, bu da təmsilçilərimizi nisbətən güclü rəqiblə üz-üzə qoyacaq. Lakin buna qədər "Qarabağ" "Piast", "İnter" isə "Tromse" səddini keçməlidir. II təsnifat mərhələsində “Makkabi” ilə qarşılaşacaq “Xəzər Lənkəran” klubu bu rəqibini keçəcəyi təqdirdə püşk zamanı "səpələnmişlər" səbətində qərarlaşacaq. Belə də Lənkəran təmsilçisi nisbətən zəif komandalara rəqib olacaq.

III təsnifat mərhələsinin oyunları iyulun 1-8 avqust tarixlərində keçiriləcək. 

Artıq klublarımızın potensial rəqibləri məlumdur: 
 
“Tromse” (Norveç) / “İnter” (Azərbaycan) - “Differdanj” (Lüksemburq) / “Utrext” (Hollandiya) 
 
“Ventspils” (Latviya) / “Jeness” (Lüksemburq) - "Makkabi" (Hayfa, İsrail) / "Xəzər Lənkəran" (Azərbaycan)

“Qarabağ” (Azərbaycan) / “Piast” (Polşa) - “Anortosis” (Kipr) / "Gefle" (İsveç) 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31