19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

“Onu saxlaya bilsəydim, "Qarabağ"da yox, "Mançester Siti"də oynayardım”

Bu gün “İmarət” Fan-klubunun təşəbbüsü ilə “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri ilə görüşüb.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, o, görüşdə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunmasının mümkünlüyü məsələsinə də toxunub. Bildirib ki, millidə işləmək çətin və məsuliyyətli işdir.

35 yaşlı futbolçu onu da deyib ki, hələ Robert Prosineçkinin millidə qalıb-qalmayacağı bilinmir: “Hazırda yalnız "Atletiko" ilə oyunu düşünürəm. Ən azı qışa qədər futbolçu karyeramı davam etdirəcəyəm. Sonrasına baxarıq".

Azərbaycan futbolundakı problemlər barədə də danışan R.Sadıqov bildirib ki, yerli mütəxəssislərin futbola baxışı dəyişməlidir: "Daha doğru analiz aparmaq lazımdır. "Roma" ilə görüşdə Edin Cekonu "ikinci mərtəbə"də saxlaya bilsəydim, "Qarabağ"da deyil, "Mançester Siti"də oynayardım. Futbol ictimaiyyətinin baxışı dəyişməlidir. Kənardan baxıb, danışmaq asandır".

Rəşad dünən törətdiyi yol qəzası haqda da danışıb: "Ciddi bir şey yoxdur. Allaha şükür, özümə heç nə olmadı. Düzü, sürət də yüksək deyildi. Xəsarət almamışam. Baş məşqçi icazə versə, növbəti oyunda iştirak edə bilərəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31