25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Prosineçki: "Çox güman ki, Azərbaycanda qalmayacam"

“Bir dəfə demişəm ki, yeni təkliflər üzərində çalışacam. AFFA ilə vəziyyətə aydınlıq gətirmək üçün bir neçə gündən sonra Azərbaycana qayıdacam. Çox güman ki, Azərbaycanda qalmayacam”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki index.hr saytına müsahibəsində deyib.

Xorvatiyalı mütəxəssis Sloveniya yığmasını çalışdıracağı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. O, bu iddiaları təkzib edib: “Almaniyadan yeni gəlmişəm. Zaqrebə çatmaq üçün 12 saat yol qət etmişəm. Sloveniya millisini çalışdıracağımla bağlı xəbərləri qəzetdən oxudum. Yəqin ki, onlar mənimlə danışıq aparmaq istəsələr, zəng vurub, Sloveniyada işləməyimi təklif edərlər. Ancaq hələlik heç kim zəng etməyib. Ola bilsin sabah bu, baş verdi. Bu səbəbdən əlavə nəsə demək istəmirəm”.

Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi bu ilin sonu başa çatır (qol.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30