29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Toşak: "Nəticəyə görə “Xəzər Lənkəran” azarkeşlərindən üzr istəyirəm"

“Matç haqqında danışmaq mənim üçün çox ağırdır. Çox məyusam. Futbolçularımı tanıya bilmədim". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Makkabi" ilə oyundan sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Con Benjamin Toşak deyib. Ulesli mütəxəssis bildirib ki, komandası daha böyükhesabla da uduza bilərdi: "Biz ötürmələrdə çoxlu səhvlərə yol verdik və belə də rəqib daha çox üzərimizə gəlməyə başladı. Məncə bu hesabla məğlub olmaqla hələ yaxşı qutardıq. Düzdür, ilk hissə də yaxşı təsir bağışladıq. Rəqibin hücumlarının qarşısını almağı bacardıq. Amma ikinci yarıda bərbad bir oyun sərgilədik. Nildo və Tounkara real qol şanslarını boşa verdilər. Biz bir top vurmaqla cavab oyununa böyük üstünlük əldə edəcəkdik. Bununla belə hələ heç nə bitməyib. Biz Azərbaycan kubokunun yarımfinal qarşılaşmasının ilk oyununda da belə zəif təsir bağışlamışdıq. Amma Lənkəranda cavab oyununda əsaslı dönüş edib finala adladıq. Nəticəyə görə “Xəzər Lənkəran” azarkeşlərindən üzr istəyirəm".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31