25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Nazarov: “Almanları hirsləndirə bilmişdik”

“Martda Bakıda keçirdiyimiz oyunu yada salıram. Həmin matçda qol vurub, almanları hirsləndirə bilmişdik. Oyundan sonra rəqib futbolçular bizdən belə oyun gözləmədiklərini dedilər. Məncə, bundan yaxşı kompliment ola bilməzdi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Almaniya yığması ilə səfərdə keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçı barədə danışarkən deyib.

Yarımmüdafiəçi bildirib ki, Almaniya ilə görüşə inamla çıxacaqlar:  "Hər bir futbolçu belə oyundan həzz almalıdır. Üstəlik, bu, son oyunumuzdur. Rəqibin adından asılı olmayaraq, oyuna inamla çıxacağıq. 30 min azarkeş önündə çıxış edəcəyik. Futbolçu üçün bundan böyük stimul ola bilməz. Hesabın necə olacağını 90 dəqiqənin sonunda biləcəyik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30