19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Yoahim Löv: “Sabahkı oyunda böyükhesablı qələbə olmayacaq”

"Şimali İrlandiyaya qarşı gözəl oyun nümayiş etdirib erkən qollarla rəqibə gücümüzü göstərdik. Sabahkı oyunda da bütün gücümüzü ortaya qoyub, qələbə qazanmaq üçün vuruşacağıq. 10-cu oyunumuzda mütləq qalib gəlmək istəyirik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Löv sabah DÇ-2018-in seçmə mərhələsində yığmamıza qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

Mətbuat konfransında təcrübəli mütəxəssis hələlik heyəti müəyyənləşdirmədiyini bildirib: “Axşam baş tutacaq məşqdən sonra sabah oyunda kimin oynayıb-oynamayacağını müəyyənləşdirəcəm. Yalnız onu deyə bilərəm ki, qapıda Ter Ştegen duracaq. Lorey Sane də sabahkı matçda meydanda olacaq. Digər oyunçulara gəlincə daha çox yorğun olmayan futbolçulara şans verəcəm. Azərbaycan millisi autsayderdi. Onlarla oyunumuzu mundialda keçirəcəyimiz oyunlardakı rəqiblərimizlə müqayisə etmək düzgün olmaz".

Daha sonra almaniyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- İlk iki turdan sonra Azərbaycan və Almaniya lider idi. Azərbaycanın sona kimi mübarizə aparması üçün nə çatmadı?

- Azərbaycan və San Marino, Norveç kimi futbol oynamır, onlar daha yaxşı futbol oynamağa çalışır. Ancaq niyə sona kimi Azərbaycanın mübarizə apara bilməməsinin səbəbini deyə bilmərəm. Azərbaycan millisi futbol oynamağa çalışır. Topu ora-bura atmır, futbol oynayır. Robert Prosineçki güclü məşqçidir.

- Sabahkı oyunda böyükhesablı qələbə qazanmağa çalışacaqsınız, yoxsa...?

- Sabahkı oyunda böyükhesablı qələbə olmayacaq. Çünki Azərbaycan millisi zəif komanda deyil. Şimali İrlandiya ilə səfər oyunu xaric digər komandalarla oyunda milliniz nəticə qazana bilib və ya məğlub olubsa da, minimal hesabla yenilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30