20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Cavid Hüseynov: “Rəşadı qələbə ilə yola salmaq istəyirdik”

"Məğlubiyyət hər zaman acı olur. Qələbə qazanmaq və azarkeşlərimiz sevindirmək istəyirdik. Sadəcə alınmadı".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin futbolçusu Cavid Hüseynov deyib. 
 
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sonuncu ev oyununda Çexiyanı qəbul edən millimiz 1:2 hesablı məğlubiyyətə üzülüb. Yığmaızın yarımmüdafiəçisi matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. 
 
O, çox zəif çıxış etdiklərini deyib: "Tez-tez top itkisinə yol verirdik. Öz oyunum çox bərbad idi. Çox top itirməyimiz, dəqiq ötürmələr verə bilməməyimiz məğlubiyyətə səbəb oldu. Əzmkarlıq sayəsində irəlidə nəsə etməyə çalışsaq da, bacarmadıq".
 
Hüseynov milli karyerasını başa vuran Rəşad Sadıqov barədə də fikir bildirib: "Əlbəttə, Rəşadı qələbə ilə yola salmaq istəyirdik. Onun futbolumuz üçün əziyyəti çoxdu. Bizə nəyin mane olduğunu bilmirəm. Sadəcə, oyunumuz alınmadı". 
 
Təcrübəli oyunçu bir neçə gün sonra Almaniya yığmasında qarşı keçirəcəkləri matçdan da danışıb: "Almaniya top ölkələr arasında ilk pillədə qərarlaşan komandalardan biridir. Var gücümüzü ortaya qoymağa çalışacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30