16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Rəşad Sadıqov: “Milli mənim döyünən ürəyimdir”

Millimizin kapitanı Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsində Çexiya ilə oyun öncəsi mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, o, yığmamızın heyətində keçirəcəyi son matçdan əvvəl jurnalistlərin suallarını cavablandırıb.

- Ciddi rəqiblə qarşılaşacağıq. Son 2 matçlarına baxmışıq. Çox yaxşı formadadılar. Hazırda layiq oluqları yerdə deyillər. Şimali İrlandiyadan 2 baş üstündülər. Son ev matçımızıdır, azarkeşlərmizi sevindirməyə çalışacağıq.

- 16 il, 110 oyun. Sabahkı qarşılaşma sənə necə təsir edəcək?

- Bu haqda çox danışmaq olar. Fikrimin dağılmaması üçün bu haqda çox danışmaq istəmirəm. Əslində, bu gün elan edəcəkdim. Sadəcə, əvvəldən açıqlandı, mən də təkzib etmədim. Təntənəli bir şeyin baş verməsini istəmirəm. Bu müddətdə nə dərəcədə yaxşı və ya pis oynadığımı azarkeşlər bilər. Gələcəkdə bu haqda danışmağa vaxtımız olacaq. Milli mənim döyünən ürəyimdir. Hər şeyin bir sonu olur. İndi yalnız çexlərlə matça köklənmişəm. Asan qərar deyildi, bu haqda çox düşündüm və getməyi qərara aldım.

- Sabah penalti qazansaq zərbəni siz vurmaq istəyərdiniz?

- Bu cür hallara münasibətim yaxşı deyil. Əvvəlcədən nə qərar vermisənsə, sona kimi bunu etməlisən. Əgər komandada səndən yaxşı zərbə vuran varsa, penaltini də o yerinə yetirməlidir.

- Sizcə, gələcəkdə millidəki rekordlarınızı kimsə yeniləyə biləcək?

- Mənim millidə yeganə rekordum oyun sayıdır. Elə futbolçularımız var ki, 25-26 yaşı var, 60-70 oyun keçiriblər. Onların bu sayı geridə qoymaq imkanı var.

- Özündən sonra davamçı kimi görürsən?

- Bu sual mənə dəfələrlə verilib. Konkret cavab vermək çətindir. Hələ 1 il var. Kim özünü yaxşı göstərməyindən çox şey asılıdır. Fürsətdən istifadə edib, Prosineçkiyə dərindən minnətdarlıq bildirmək istəyirəm. Xorvatiyaya 0:6-dan sonra milli karyeramı başa vurmaq istəyirdim. Hətta fikrimi tərcüməçimiz Aydına və məşqçimiz Mahmud Qurbanova da demişdim. Bəxtimdən oyundan sonra heç bir media işçisi rastıma çıxmadı. Daha sonra Prosineçki milliyə gəldi və məni çox motivasiya etdi. Onunla danışdıqdan sonra yığma karyerama davam etdim. Ən böyük arzularımdan biri millidə 100 oyun keçirmək idi. Bunda sonra yenə millidən getmək istəyirdim, amma yenə də o, məni fikrimdən daşındırdı. Belə də gördüyüm ən maraqlı tsikli yaşadım. Hətta Şimali İrlandiya ilə ev oyunundan sonra da getmək istəyirdim onda da, Prosineçki icazə vermədi. Bu dəfə icazə alıb, karyeramı başa vururam. Artıq millidə özümü görmürəm. Bu həm mənə, həm də komandaya ziyandır. Məndən sonra yığmanın kapitanı Rahid Əmirquliyev olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30