29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Bakıya qisas hissi ilə gəlməmişik”

"Bizim öz məqsədimiz var. Meydana qələbə üçün çıxacağıq".

Futbolxeber.az saytının futbol11.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Çexiya yığmasının futbolçusu Marek Suşi DÇ-2018-in seçmə mərhələsində sabah millimizlə keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfransında deyib.

- Sabah millimizin kapitanı Rəşad Sadıqovun vida matçıdı. Oyunçularımız görüşə əlavə motivasiya ilə çıxacaq. Bu, sizi narahat etmir?

- Bu bizim üçün əlavə stimuldu. Rəşadı təbrik edirik. Ona çox hörmət edirik ki, bu səviyyəyə çatıb. Amma bizim də əsas məqsədimiz qalib gəlməkdi.

- Azərbaycan millisi haqda nə bilirsiniz?

- Komandanız haqda yaxşı məlumatımız var. Özümüzü yaxşı tərəfdən göstərmək istəyirik. Rəqibə hörmət edirik. Sabahkı matçda xallarmızın sayını artırmağa çalışacağıq.

- Ölkə mətbuatınıza açıqlamalarınızda tez-tez qeyd edilir ki, Çexiyada Azərbaycanı uda bilməməyiniz sizi DÇ-dən kənarda qoydu. Bakıya qisas hissi ilə gəlmisiniz?

- Düzdü, biz həmin oyunda xal itirdik və mundialdan kənar qaldıq. Amma bizim üçün Çexiya forması geyinmək fəxrdi. Qisas hissi ilə gəlməmişik. Əsas odu ki, xallarımızın sayını artıraq.

- Artıq hər iki komandanın şansı yoxdu. Siz bu matça necə hazırlaşmısız?

- Məqsədimizə çata bilməsək də, hər oyuna maksimum hazırlaşırıq. İnsan gərək aldığı zərbədən ayağa qalxa bilsin.

- Azərbaycanla matçdan çəkinmirsiz?

- Hər oyuna təmiz, aydın başla yanaşırıq. Heç nədən qorxmuruq və belə də matça hazırlaşmışıq.

- Müdafiə xətti haqda nə deyə bilərsiniz?

-  Məşq üçün vaxtımız az olub. Buna baxmayaraq, maksimum bütün diqqətimizi müdafiəyə və oyunun təşkilinə yönəldəcəyik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31