29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Tarik Elyunussi: "ÇL-də ilk dəfə olduğumuzu unutmayaq"

"Qarabağ"ın norveçli legioneri Tarik Elyunussi öz ölkəsinin mətbuatına müsahibə verib.
 
Агеищдчуиук.az Norveç millisinə çağırılan yarımmüdafiəçinin müsahibəsini təqdim edir.
 
- Azərbaycanda yaşaya bilirsiniz?
 
- Məni ən çox təəccübləndirən Bakının çox əyləncəli şəhər olmasıdı. Bakıda bir neçə dəfə milli komanda ilə olmuşdum. Amma bu dəfə fərqlidir. Əvvəlcə sadəcə stadion və oteli görmüşdüm. İndi görürəm ki, Azərbaycan paytaxtı gözəl şəhərdi. Buranın infrastrukturuna böyük pullar xərclənib. Böyük binalar, yaxşı yollar və gözəl restoranlar var. Çox lüks mağazalar sahib və gözəl şəhərdə yaşayıram. Bu məni doğrudan, təəccübləndirdi.
 
- "Qarabağ" necə klubdu?
 
- Mənim yeni klubum böyük klubdu və xoşxbət olduğum müqaviləm var.
 
- Çempionlar Liqasında "Çelsi"yə 0:6 hesabı ilə uduzdunuz...
 
- Biz orada taktiki səhvlər buraxdıq. Rəqibin gücünə görə 3-5-2 sistemində oynadıq. Hansı ki, komanda əvvəllər bu sistemdən istifadə etməyib. Bu sistemdə yalnız bir dəfə məşq keçdik. Uşaqlar bu formadan çox əmin deyildilər. Müvafiq bir dərs aldıq.
 
- "Roma"ya qarşı oyun haqqında təəssüratlarınız necədi?
 
- İtalyanlara qarşı yaxşı oynadıq. Ən böyük üstünlüyümüz isə oyunu ənənvi sistemdə keçirməyimiz idi. Hətta heç-heçəyə də yaxınlaşdıq. Düzdür. bu oyunlar "Qarabağ" üçün təcrübədir. ÇL-də ilk dəfə olduğumuzu unutmayaq.
 
- Azarkeşlərin dəstəyi sizi qane edir?
 
- "Çelsi"yə 0:6 uduzsaq da, azarkeşlərdən dəstək mesajları alırdıq. Onlar deyirdilər ki, məğlubiyyətə baxmayaraq sizi sevirik. ÇL-də ölkəni təmsil etdiyimiz üçün çox sevinirlər. Onlara təşəkkür edirəm.
 
- Dil baxımından öyrəşə bilirsiz?
 
- Ən azı öncə bütün oyunçuların adlarını öyrəndim. Azərbaycanda dil daha çox rus və türk dillərinin qarışığıdır. Düşünürəm ki, rus dilində kursa gedə bilərəm. Bizim baş məşqçimiz az da olsa, ingiliscə bilir və danışır. Ancaq əcnəbi futbolçular üçün tərcüməçi var. Baş məşqçi danışanda mənim üçün ingilis dilincə tərcüməçi çevirir.
 
- Komandaya tam uyğunlaşmaq üçün vaxt lazımdı?
 
- Özümü tam hazır etməyim üçün vaxt lazımdı. Amma Azərbaycan çempionatında 3 matçda 90 dəqiqə oynamışam. Düzdür, tam formada olmaq üçün bəst etmir. Daha çox 4-2-2-1-1 sistemindən istifadə edirik. Mən bu quruluşda özümü yaxşı hiss edirəm. Bunu ÇL-də "Atletiko"ya qarşı matçda da edə bilərik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31