29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Neftçi" rəhbərliyi Səlahət Ağayevə baş çəkmək üçün İstanbula yollanacaq

"Neftçi”nin "Zirə” ilə oyunöncəsi məşqdə zədələnmiş qapıçısı Səlahət Ağayevin "sağ budun gətirici əzələsinin vətərinin hissəvi yırtığı” diaqnozu ilə əməliyyat olunub.
 
Futbolxeber.az xəbər verir ki, təcrübəli futbolçu  klubun artıq 2 ildən çoxdur əməkdaşlıq etdiyi Avropanın lider klinikalarından olan "Acıbadəm Fulya" xəstəxanasında əməliyyat olunmaq üçün sentyabrın 19-da Türkiyənin İstanbul şəhərinə yola düşmüşdü. Lakin orada müayinə olunandan sonra bu sahədə Türkiyənin tanınmış mütəxəssisi Berkin Tokerin rəhbərlik etdiyi həkimlərin birgə rəyinə görə əməliyyata ehtiyac görülməyib.
 
Səlahət Ağayevin həkimlərin nəzarəti altında daha əlverişli şəraitdə bərpa xarakterli fiziki məşqlər keçməsi üçün "Acıbadəm Fulya" xəstəxanasında qalması məqsədəuyğun sayılıb. "Neftçi”nin rəhbərliyi bir neçə gündən sonra İstanbula yollanaraq Səlahət Ağayevə baş çəkməyi planlaşdırır. Həkimlərin qərarına görə oktyabrın 10-dək Bakıya qayıdıb bərpa prosesini burada davam etdirəcək, futbolçunun noyabrda komanda ilə məşqlərə başlayacağı gözlənilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31