20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Ayxan Abbasov: "Sevinirik ki, ilk dövrəni məğlubiyyətsiz bitirdik"

Topaz Premyer Liqasının VII turunun son oyununda səfərdə “Qarabağ”la qolsuz bərabərliyə qalan “Zirə”nin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransı keçirib.
 
 
Futbolxeber.az-ın məlumatına görə, o, çətin oyun olacağını gözlədiklərini deyib:
 
-    Bİlirdik ki, bizi çətin oyun gözləyir. Buna da hazır idik. Sevinirik ki, ilk dövrəni məğlubiyyətsiz bitirdik. Bu gün futbolçular tapşırıqlarımızı böyük ölçüdə yerinə yetirdilər. Yalnız son dəqiqələrdə bir səhvə yol verdilər. Məhz müdafiədəki inamlı oyunumuz xal qazanmağımızı şərtləndirdi.
 
-    “Zirə” 8 oyundu “Qarabağ”a qol vura bilmir. Bu görüşlərdən 3-ü sizin rəhbərlik altında olub. Komandada “Qarabağ”a qarşı psixoloji problem var?
 
-    Bunun əsas səbəbi “Qarabağ”ın səviyyəsidi. Onlara qol vurmaq asan deyil.
 
-    Komandanızın çempionatda inamlı çıxışına avrokuboklarda qazandığınız təcrübə kömək edirmi?
 
-    Əlbəttə! Biz gənc komandayıq və çalışırıq ki, hər bir oyundan maksimum təcrübə toplayaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30