25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Əliyar Ağayevin I kateqoriyaya yüksəlməsinə Pyerluici Kollina icazə verməyib

“Əliyar Ağayevin FİFA-da I kateqoriyaya yüksəlməsi 2018-ci ilin yayında mümkündür”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
 
O, bildirib ki, Ağayevin bu ilin yayında I kateqoriyaya yüksəlməsinə FİFA-nın Hakimlər Komitəsinin rəhbəri Pyerluici Kollina icazə verməyib: “Ötən ilə qədər kateqoriya dəyişikliyi iki dəfə olurdu. Lakin artıq bir dəfə - mövsümlərarası fasilədə baş tutacaq. Bu yay komitə üzvləri Ağayevin I kateqoriyaya keçməsinə qarşı deyildilər. Sadəcə, Kollina referimizi daha bir il izləməyi məqsədəuyğun sayıb. Əliyar hələlik beynəlxalq matçlarda özünü yaxşı tərəfdən göstərir. Sonuncu dəfə ötən ay Avropa Liqasında "Gimaraynş" - "Zalsburq" görüşünü idarə edib və yüksək qiymət alıb".
 
Məmmədov Ağayevin Premyer Liqanın son iki turunda referi kimi təyinat almamasına da aydınlıq gətirib. O, deyib ki, təyinatlar oyun sayı prinsipi ilə verilir: “Əliyarın son iki turda heç bir görüşü idarə etməməsi onun cəzalı olması ilə bağlı deyil. Biz oyun sayını nəzərə alırıq. Hakimlərin oyun praktikasının çox olmasına çalışırıq. Kimdə azdırsa, onlara təyinat veririk. Növbəti turda yüz faiz matç idarə edəcək”.
 
Qeyd edək ki, Əliyar Ağayev hazırda istedadlar qrupu sayılan II kateqoriaya daxildir. 

report


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30