28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qriqorçuk: “Bütün günahı üzərimə götürürəm”

Topaz Premyer Liqasının VII turunun “Qəbələ” – “Kəpəz” (0:2) oyunundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

Futbolxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ukraynalı mütəxəssis yenilginin səbəbini belə izah edib:

“Oyun barədə hər şey demək olar. Biz pis oynadıq və uduzduq. Başa düşürəm və əminəm ki, bugünkündən daha yaxşı oynamaq üçün potensialımız var. Deyv Bultuisin əvəzetməsindən sonra üç müdafiəçidən ibarət sistemə keçdik ki, meydana daha bir hücumameylli oyunçu buraxaq. Vitali Vernidub mərkəz, Ürfan Abbasovla Qismət Alıyev kənar mərkəz müdafiəçisi kimi oynadı.

Bu əvəzetmə Deyvin pis oynaması ilə deyil, oyunun sürətini artırmaq yolunu tapmaq üçün edilmişdi. Ekiqo Ehiosun da meydana daxil olub, planlaşdırdığımız gerçəkləşdirməyə çalışdı. Amma təəssüf ki, qol vura bilmədik.

Bugünkü matçda bütün günahı öz üzərimə götürürəm. Bu gün gördüm ki, futbolçularımız çox çalışdı. Onlardan heç birinə irad bildirməyim düz olmaz. İstədiyimiz çox şey alınmadı. Amma futbolda belə hallar olur. Öncədən nə isə söyləmək çətindir.

Çox istərdik ki, daha uduzmayıb, qələbələri sıralayaq. İndi oyunçuları itirməyimiz və ya hadisələrin başqa axarından danışmağın vaxtı deyil. Futbolda məğlubiyyət də olur. Bu nəticəyə sakit yanaşıram. Əsas odur ki, mən narahat olum, amma futbolçularıma mənfi heç nə yönəlməsin. Onlar nə isə əldə etməyə çalışdılar, lakin alınmadı”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31