23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Azərbaycan futbolunda videotəkrar6 hər şey FİFA-dan asılıdır

“FİFA videotəkrar sistemini təsdiqləyəcəyi halda, bu, Azərbaycanda da tətbiq olunacaq. Lakin hazırda sözügedən məsələ gündəmimizdə deyil”.
 
Futbolxeber.az-ın məlumatına görə, bunu AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Azərbaycanda keçirilən futbol matçları zamanı videotəkrar sisiteminin (VAR) tətbiqinin nə dərəcədə mümkünlüyü barədə danışarkən deyib.
 
O, bildirib ki, yeni sistemə keçid əlavə vəsait və mütəxəssislər tələb edir. X.Məmmədovun fikrincə, VAR tam öyrənilməlidir: “Videotəkrar hələlik test mərhələsində olsa da, müsbət cəhətləri çoxdur. Məsələn, Almaniya Bundesliqasının birinci dövrəsində hakimlər 59 ciddi səhv buraxıblar. Videotəkar olsaydı, onlardan 45-nin qarşısını almaq olardı. Ancaq İngiltərə kimi futbol ölkəsində hələ “VAR” sisteminə keçməyə tələsmirlər. Onlar bunu 2018-ci ilin yayına planlaşdırırlar və hələlik yekun qərar verməyiblər. ABŞ, Braziliya, Avstraliya, Hollandiya, Portuqaliya kimi ölkələrdə VAR sınaqdan keçirilib. İtaliyada isə bu mövsüm üçün nəzərdə tutulub. Yeni sistemə keçid əlavə vəsait və mütəxəssislər tələb edir”.
 
Qeyd edək ki, İspaniya Kubokunun oktyabr və noyabr aylarında keçiriləcək 1/16 final mərhələsinin matçlarında da VAR sistemi tətbiq olunacaq.

report.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30