29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qarabağ” bu gün çox qeyrətli idi”

“Hava soyuq olsa da, 50 mindən çox insan bu gün stadiona toplaşmışdı. Sadionda möhtəşəm görüntü yaranmışdı. Azarkeşlərin dəstəyi inanılmaz idi. Soyuğa baxmayaraq, fanatlar bu gün komandanı dəstəksiz qoymadılar. Buna görə də onlara minnətdaram”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl deyib.

Ağdam klubunun rəsmisi Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “Roma”ya 1:2 hesabı ilə uduzduqları görüşü belə şərh edib:

“Yenilgiyə baxmayaraq, “Qarabağ”ı, Azərbaycan xalqını təbrik edirəm. Komandamız bu gün gözəl oyun sərgilədik. Bütün dünyaya gücümüzü göstərdik. “Qarabağ” bu gün çox qeyrətli idi. Möhtəşəm oyun keçirdik. Matçın əvvəlində təəssüf ki, çox kobud səhvlərimiz oldu. Rəqib də dünyanın ən güclülərindən olduğu üçün belə səhvləri bağışlamır”.

T. Gözəl qeyd edib ki, rəqibin ad-sanına baxmayaraq, “Qarabağ” bu gün rəqibindən çəkinməyib:

“İkinci hissədə “Roma”dan üstün oynadıq. Stadiona toplaşanlar da arenanı qürurla tərk edirlər. Bu gün hər kəs “Qarabağ”a daha da çox bağlandı. Nəticəyə baxmayaraq, oyunu uğurlu sayıram. Bu gün bütün dünyanın gözü Bakıda idi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31