Ölkə futbolu
Qurban Qurbanov: "Bütün dünyaya göstərmək istəyirik ki, bu ərazilər bizə məxsusdur"
Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sportskeeda" nəşrinə geniş müsahibə verib.
Futbolxeber.az-ın məlumatına görə, 45 yaşlı mütəxəssis Qarabağ problemindən tutmuş komanda ilə bağlı məsələlərədək çoxsaylı sualları cavablandırıb...
- “Qarabağ”ın Avropa futbolunda unikal tarixi var: Məcburi köçkün komandası olmaq sizin üçün nə deməkdir?
- Hər bir azərbaycanlı kimi mənim üçün bu barədə danışmaq çətindir. Bildiyiniz kimi, Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün var.
Torpaqlarımızın bir hissəsi düşmən tərəfindən işğal olunub. Bu klubda böyük məmnuniyyətlə işləyirəm və öz öhdəliklərimi heç vaxt unutmuram. Hər zaman öz torpaqlarını, evlərini tərk etmək məcburiyyətində qalan insanları düşünürəm.
- Nə vaxtsa Ağdamda olmusunuz? Ruhlar şəhərinə baş çəkmək necə bir hissdir?
- Bəli, orada olmuşam. Lakin hisslərimi bir müsahibədə ifadə edə bilmərəm. Həqiqətən çox gözəl şəhər idi. Oranı öz gözlərinizlə görməyiniz lazımdır. Hazırda ora gedə bilməməyimiz mənim üçün çox ağırdır.
- Nəyə görə daha Quzanlıda oynamırsınız?
- Orada əvvəllər oynamışıq. Məndən asılı olsaydı, Quzanlıda daha çox çıxış etməyimizi istəyərdim. Təəssüf ki, Quzanlıda futbol üçün lazımı şərait yoxdur. Bu səbəbdən, Bakıda oynamağa məcburuq.
- Tərəfdarlarınız beləi şəraitdə necə dözürlər?
- Şərtlər uyğun deyil. Onlar çox əziyyət çəkirlər. “Qarabağ”ı çox sevirlər və bu komanda ilə yaşayırlar.
- Necə düşünürsünüz: bir gün Ağdama qayıdacaqsınız?
- Hər zaman ümidlə yaşamaq lazımdır. Həmişə Allaha dua edirəm ki, bu ərazi yenidən bizim olsun. Buna çox inanıram. Siyasətdən uzaq adamam. Bir şeyi bilirəm: Prezidentimiz işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün böyük səy göstərir. Lakin bizdən asılı olmayan məsələlər var. Azərbaycan vətəndaşı kimi biz də ölkəmizi layiqincə təmsil etmək üçün əlimizdən gələni edirik. Bütün dünyaya göstərmək istəyirik ki, bu ərazilər bizə məxsusdur. Bu fürsətdən istifadə edə bilməyimizdən şadam. Görürəm ki, sizin də Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı yetərli məlumatınız var. Buna görə sizə “çox sağ ol” deyirəm. Bütün dünyada sülh olmasını istəyirəm.
- Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə vəsiqə qazanmaq sizin üçün nə deməkdir?
- Bu, Avropanın yaxşı klublarının mübarizə apardığı ən nüfuzlu turniridir. Bildiyiniz kimi, biz kiçik futbol ölkəsiyik. Ona görə də yarışda ölkəmizi və işğal olunmuş şəhəri təmsil etmək bizim üçün şərəfdir.
- İlk matçda “Çelsi”yə 0:6 hesabı ilə uduzdunuz. Bu uğursuzluğu nə ilə izah edərdiniz?
- Aydın məsələdir ki, “Qarabağ”la “Çelsi” arasında böyük fərq var. Lakin yekun nəticə fərqli ola bilərdi. Bu, turnirdə ilk oyunumuz idi və təcrübəsizliyimizin bədəlini çox baha ödədik.
- “Roma” ilə oyuna necə hazırlaşırsınız?
- “Roma” böyük tarixə malik klubdur. Onlar “Çelsi” və “Atletiko” ilə eyni səviyyədədirlər. Onların yaxşı məşqçisi, futbolçuları və oyun tərzləri var. Çox güclü rəqibə qarşı oynamağa hazırlaşırıq. “Roma”nın hansısa futbolçusunu fərqləndirməzdim. Çünki hamısı yaxşıdır.
- Bu, “Roma”nın Françesko Tottisiz ilk mövsümüdür. Bununla bağlı nə deyə bilərsiniz?
- Totti ən yaxşılardan biri idi. O, təqaüdə getsə də, “Roma”nı Tottisiz təsəvvür edə bilmirəm.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bakı klubu bu gün baş məşqçisi ilə vidalaşa bilər - ÖZƏL
- “Cəbrayıl”ın yeni transferi Şamaxıda debüt etdi
- Nigar Mirzəliyeva Bundesliqada debüt etdi
- Kadi qayıdışını “Futbolxeber”ə şərh etdi: “Liverpul”a yalnız biz 0:6 hesabı ilə uduzmamışıq”
- “Qarabağ” 2026-cı ildə ilk transferini reallaşdırdı
- “Turan Tovuz”un debütantı: “Qarabağ”dan xal ala bilərdik...”
- Aərbaycan kubokunun püşkü atılıb
- Mustafa Sek: “Bir qələbə ilə kifayətlənmək olmaz, ardını gətirməliyik”
- “Neftçi” heyətinə “Şalke”dən futbolçu cəlb etdi
- Azərbaycan futbolunda yenilik
- Təxirə salmalımı, salmamalımı?!.
- Addai: “Sabah”la oyunlarda nəyə qadir olduğumuzu göstərəcəyik”
- Millimizin sabiq üzvü Finlandiya yığmasından təklif alıb
- “Sumqayıt” - “Zirə” oyunun biletləri satışda
- "Qarabağ" yeni transfer edir
-
22:01
Qurban Qurbanov: “Bizə ədəbsizlik etmişdi, bildirdim ki, üzr istəmək lazımdır”
-
20:56
“Qarabağ”dan möhtəşəm geridönüş
-
20:45
"Sabah"ın məşqçisinin qeyri-etik jesti qalmaqala səbəb oldu
-
20:17
Cüdoçularımız "Böyük Dəbilqə" turnirini 7 medalla başa vurublar
-
20:04
“Turan Tovuz”dan gözləniməz xal itkisi VİDEO
-
19:33
Kurban Berdiyev: "İmişli" qapımıza zərbə vura bilmədi"
-
18:49
"Quba"nın futbolçusu mükafatlandırıldı
-
17:22
II Liqada 16-cı tura start götürdü
-
16:36
ETOPAZ 14 yaşında!
-
16:00
“Neftçi” bəyanat yaydı: “Qapımıza son 4 topu məhz hakimlər “vurub” VİDEO
-
14:14
"Liverpul"dan 5 qollu qələbə VİDEO
-
13:51
Güləşçimiz reytinq turnirinin qalibi olub
-
13:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:47
Lukaku "Napoli"yə qələbə qazandırdı VİDEO
-
12:29
Azərbaycanlı futbolçular Albaniyada üz-üzə gəldilər
-
12:15
"Borussiya" - "Bavariya" matçında 5 qol VİDEO
-
11:53
"Mançester Siti"dən səfər qələbəsi VİDEO
-
11:30
Cenk Sümer: “Dünyanın heç bir yerində bu epizodu kobudluq olaraq qiymətləndirməzlər”
-
11:15
PSJ 3 xalı tək qolla qazandı VİDEO
-
10:46
Renat oynadı, komandası qalib gəldi
-
10:21
"Beşiktaş"dan çətin qələbə VİDEO
-
10:04
Mahirin qayıdışı “Kayzerslautern” üçün düşərli olmadı
-
09:52
Yamalın het-triki VİDEO
-
20:13
"Karvan-Yevlax" çətin Qəbələ səfərindən xalla qayıtdı VİDEO
-
19:51
Füzuli Məmmədov: “Bizim üçün hər bir xal qızıl dəyərindədir”
-
19:26
Cüdoçusu Özbəkistanda çempion oldu
-
19:04
Şamaxıda və Qəbələdə bərabərlik
-
18:58
Hakimlər "Neftçi"nin qələbəsini əlindən aldı VİDEO
-
17:39
Emin Mahmudov: "Hakimlər istəmədilər qələbə qazanaq"
-
17:12
Ayxan Abbasov: “Etikanı harda pozmuşam?”
-
16:45
Vernidub: “Sanki "Neftçi"nin yüksəlməsini istəmirlər”
-
14:38
Azərbaycan cüdoçusu “Böyük Dəbilqə”nin finalında
-
13:57
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
12:29
Qəbələ şəhər stadionu qardan təmizlənir
-
11:00
Rüfət Abdullazadə: “Turnir cədvəlinə indi yox, mayda baxacağıq”
-
10:46
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:14
"Başakşehir" "Konyaspor"a şans tanımadı VİDEO
-
09:52
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
-
09:35
"trabzonspor"un qələbəsi VİDEO
-
23:14
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
-
22:52
Rəşad Nəbiyevdən cüdoçulara təbrik
-
22:29
"Zirə"nin qələbəsi VİDEO
-
21:48
Millimizin rəqibləri müəyyənləşdi
-
21:03
"Bütün baş verənlər bizim səhvlərimizin nəticəsi idi"
-
20:36
Rəşad Sadıqov: "Vacib qələbə qazandıq"
-
20:17
"Qarabağ"dan Kamilo Duranla bağlı açıqlama
-
19:55
"Zirə" və "Kəpəz"dən qələbə
-
19:41
Boksçumuz erməniyə qalib gəldi
-
19:34
"Kəpəz" - "Sumqayıt" oyununda 3 qol VİDEO
-
19:00
Azər Bağırov: “Bu qələbəni onlara həsr edirik”
01.03.2026
28.02.2026
27.02.2026
Arxiv
| Mart 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |























