24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Çempionatın antirekordu qeydə alındı

Topaz Premyer Liqasının 6-cı turunu stadiondan izləyən azarkeş sayı məlum olub.
 
Futbolxeber.az xəbər verir ki, ən çox azarkeş “Qarabağ” - “Sumqayıt” oyununda (4:1) qeydə alınıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matçı cəmi 1400 tamaşaçı tribunalardan izləyib.
 
Turun ən aşağı nəticəsi isə Mərdəkandakı “Dalğa Arena”da qeydə alınıb. “Səbail”in “Kəpəz” üzərində 1:0 hesablı qələbəsinə, cəmi 300 azarkeş tribunalardan canlı şahidlik edib.
 
Digər oyunlardan Qəbələ şəhər stadionunda keçirilmiş “Qəbələ” - “Neftçi” qarşılaşmasını (2:1) 1000, Zirə idman kompleksinin stadionunda baş tutmuş “Zirə” - “İnter” matçını (1:1) isə 1200 tamaşaçı tribunalardan izləyib.
 
Ümumilikdə, turun 4 oyununu 3900 azarkeş izləyib ki, bu da hər oyuna orta hesabla 975 tamaşaçı deməkdi. Xatırladaq ki, bu nəticə cari mövsümdə qeydə alınmış ən aşağı nəticədi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30