20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ayxan Abbasov: "O, bizə çox kömək edəcək"

"Sadio Tounkaranın "Xəzər Lənkəran"da, daha sonra AZAL-da çıxış etdiyi vaxtdan oyununu bəyənirdim. Onunla hələ yayda söhbətimiz olmudşu. Ancaq bəzi səbərlərədn koamndamıza keçidi alınmamışdı".
 
Futbolxeber.az-ın məlumatına görə, bu fikirləri açıqlamasında "Zirə"nin baş məşqçisi Ayxan Abbasov bildirib. Zirəlilərin son transferi olan malili yarımmüdafiçisi Sadio Tounkara hələ ki əsas komandada debüt etməyib. Legioner bu müddətdə əvəzedici heyəttə oynayıb və son turda "Neftçi"yə vurduğu qolla komandasına qələbə qazandırıb.
 
Abbasov növbəti turda şans verməyi düşündüyü Tounkaranın çıxışını diqqətdə saxladıqlarını bildirib: "Əvəzedici heyətimizin baş məşqçisi ilə də söhbətimiz olub. O da Sadiodan razıdı. Haitili legionerimiz Kervens Belforta Hindistandan rəsmi müraciət gələndə yeni transfer məsələsi gündımə gəldi. Onun mövqeyinə - cinahda, də mərkəzdə oynayan bilən universal hücumameylli yarımmüdafiəçi transfer etmək istəyirdik. Menecerlər bizə yenidən Tounkaranı təklif edəndə buna isti baxdıq. Bu dəqiqə istəməzdik ki, hanısa yeni futbolçu gətirək. Çünki onun Azərbaycan çempionatına uyğunlaşması vaxt aparacaq. Ancaq Sadio neçə illərdi ölkəmizdə oynayıb və adaptasiya keçməyə ehtiyac da yoxdu. Ona görə Tounkarın üzərində dayandıq. Məşqlərdə də görürəm ki, o, bizə çox kömək edəcək".

sport24.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30