19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Samir Abasov: "Hər kəs məşqdən sonra nə edirsə, öz işidir"

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov komandanın gənc futbolçusu Nicat Muxtarovun bir neçə nəfərə qoşularaq 695 metr kabel oğurlamasına etməsinə münasibət bildirib.
 
Futbolxeber.az saytının məlumatına görə, o, sözügedən futbolçunun son vaxtlar əsas komandada məşqlərdə iştirak etmədiyini bildirib:
 
“Bu məsələni aydınlaşdırmamışıq. Mən də ordan-burdan eşitmişəm. İndi geniş danışmaq istməzdim. Futbolçuların maaşını da mən müəyyənləşdirmirəm. Buna nəyə görə əl atdığını bilmirəm. Qırmızı vərəqəsi olduğu üçün son oyuna hazır deyildi və əvəzedici heyətə göndərmişdik. Əvəzedici heyət əsas komandadan sonra oynayır. Daha sonra eşitdik ki, Nicat ora da getməyib. Evlərindən zəng edib deyiblər ki, xəstələndiyi üçün məşqə qoşulmayıb. Mən bu qədər bilirəm. Hər kəs məşqdən sonra nə edirsə, öz işidir. Bu hadisənin necə baş verdiyi haqda tam bildikdən sonra nəsə demək olar”.

sportal.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30