19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Səlahət Ağayev: “Qapıçılar belə zədədən sonra tez qayıdırlar”

“Zirə” ilə oyundan öncə ciddi xəsarət aldım. Adi epizodların birində zədələndim. Sonradan məlum oldu ki, üçbaşlı əzələmin biri demək olar ki, tamamilə sıradan çıxıb. Sözsüz ki, belə bir vəziyyətdə zədə almaq istəməzdim. Amma futbolda zədələr qaçılmazdı”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri açıqlamasında Azərbaycan milli komandasının və “Neftçi” klubunun qapıçısı Səlahət Ağayev deyib.
 
Topaz Premyer Liqasının V turunun “Zirə”yə qarşı keçirilən görüşündən öncə zədə alan qolkiper Türkiyədə əməliyyat olunacaq.
 
Bəs görəsən Azərbaycanda sayılıb seçilən qapıçılardan olan Səlahət nə vaxt sıraya dönəcək? Bu barədə qolkiperin özü danışır: “Aldığım zədəyə futbolda tez-tez rast gəlinir. Amma sahə oyunçuları ilə qapıçının bərpasında fərq var. Qapıçılar belə zədədən sonra tez qayıdırlar. Ola bilər bir aya, ola bilər ayyarıma sıraya döndüm. Müddət uzana da bilər. Hər şey əməliyyatdan və bərpa prosesindən asılıdır”.
 
Qeyd edək ki, Səlahət Ağayevin yoxluğunda Tərlan Əhmədov baş məşqçi kimi debüt oyununda qapını Rəşad Əzizliyə həvalə etmişdi.

futbol11.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30