25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Cavid Hüseynov: "Əsas nəticədi"

 

Topaz Premyer Liqasının V turunda “Qəbələ” “Səbail” üzərində 3:1 hesablı qələbə qazanıb. Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar"ın kapitanı Cavid Hüseynov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb: 
 
- “Səbail”lə görüşdə komandan növbəti qələbəsini qazandı. 3:1 hesablı qalibiyyəti necə şərh edərdin?

- Bizim üçün hər oyun çətin keçir. Hazırda çempionatda zəif rəqib olmadığı üçün bu oyun da gərgin oldu. Şükürlər olsun ki, əzmkarlığımız sayəsində qələbə qazandıq. Oyundan-oyuan çalışırıq ki, daha da artıraq, inkişaf edək. Ümid edirəm ki, hər şey yaxşı olacaq. 
 
- Oyunun gedişi zamanı zədələndin. Hazırda vəziyyətin necədir?

- Ciddi bir problem deyil. Damarımda dartınma oldu və risk etmək istəmədik. 
 
- Komandanız ideal çıxış etdi. "Qəbələ" debütanta qarşı belə oynamalıdı?

- Əlbəttə ki, yox. Sadəcə, son zamanlar o qədər də yaxşı formada deyilik. Hər oyun vəziyyəti yaxşıya doğru dəyişməyə çalışırıq. Əsas nəticədi və bu olandan sonra öz oyunumuzu tapacağıq. 
 
- Bu gün özünə yad olan mövqedə, bir az arxada oynadın. Çətin deyildi ki?

- Oyuna başlayanda irəlidə mübarizə aparırdım. Elə vəziyyətlar yarandı ki, topla təmasa az girdim və arxa xəttə oynamağa məcbur idim. 
 
- Ümumiyyətlə, Nika Kvekveskiri gedəndən sonra onun boşluğunu doldurmaqda çətinlik çəkirsiniz. Bu fikirlə razısan?

- Nika yaxşı futbolçu idi, əla texnikası vardı. Düşünürəm ki, o, hər bir komandada oynamağa qadir futbolçudu. Amma seçim etdi və komandamızı tərk etmək qərarına gəldi. Biz vəziyyəti dəyişə bilməzdik.
 
- Növbəti turda "Neftçi" ilə qarşılaşacaqsınız. Həmin oyun haqda fikirlərin necədir?

- Hamı bilir ki, "Neftçi"yə yeni baş məşqçi gəlib. Hiss olunur ki, komanda bacardığı qədər irəliləmək istəyir. Düzdü, onlar üçün nəsə əldə etmək tezdi. Evdə oynayacağıq və qələbə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30