19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

"Xəzər Lənkəran"ı keçmək asan olmayacaq"

"Bu mövsüm Avroliqada ilk oyunumuza çıxacağıq. İnanıram ki, bu turnirdə uzun yol qət edəcəyik. Yayda yaxşı təlim-məşq toplanışı keçmişik. Düzdü, hələ tam hazır deyilik. Ancaq düşünürəm ki, "Xəzər Lənkəran" səddini keçməliyik". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Makkabi" (Hayfa) klubunun baş məşqçisi Arik Benado deyib.

39 yaşlı mütəxəssis "Xəzər Lənkəran"la oyunların asan keçməyəcəyini bildirib: "Biz rəqibin bir neçə oyunlarının videoyazılarını izləmişik. "Xəzər Lənkəran"ı keçmək asan olmayacaq. Lakin mən futbolçularıma inanıram. Avropada zəif komanda olmur. Hər bir vəziyyətə hazır olmalıyıq. Əsas odur ki, futbolçularım bu matçın əhəmiyyətini yaxşı dərk edirlər. "Xəzər Lənkəran"ın çox təcrübəli və tanınmış baş məşqçisi var. Üstəlik rəqibin büdcəsi də yaxşı vəziyyətdədir. Con Toşak daha əvvəl "Real" (Madrid) klubunda çalışıb və uğur qazanıb. Düzdür, bu illər əvvəl olsa da, ona hörmətlə yanaşırıq". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31