19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Qəbələ"nin üzvü: "Şotlandiyalıların dediyi hər bir şey aqressiv görünür"

"İlk hissədə oyunu ələ almaqda çətinlik çəkirdik, çox top itirdik, Amma fasilədən sonra özümüzə gəldik və xeyli qol imkanı yaratdıq".
 
Futbolxeber.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin futbolçusu Endi Hallidey deyib. "Qırmızı-qaralar" Topaz Premyer Liqasında V turda səfərdə "Səbail"i 3:1 hesablı ilə məğlub etdikləri matçda debüt edən şotlandiyalı yarımmüdafiəçi ikinci hissdə özlərinə gəldiklərini deyib: "Deməzdim ki, pis oynayırıq. Sadəcə, matça yaxşı başlamadıq və sonradan özümüzə gəldik. Ümumiyyətlə, dam ən yaxşı oyun nümayiş etdirməlisən. Əminəm ki, bundan da yaxşı oyun göstərə bilərdik". 
 
Halidey hər oyunda fərqli mövqelərdə çıxış etməsinə belə münasibət bildirib: "Mənim universallığım var və hansı mövqedə oynamağımın fərqi yoxdur. Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirə bilirəmsə, özümü çox xoşbxt hiss edirəm". 
 
O, komandasının liderlərlə arasında olan xal fərqindən söz açıb: "Düzdü, bundan daha yaxşı oyun göstərə bilərik. Komandamızın gücü var və liderlərə çatmaq üçün çox çalışacağıq". 
 
Endi oyunun gedişində hakimə etiraz etməsinə də aydınlıq gəlib: "Həmin epizoddan öncə qayda pozuntusu qeydə alındı. Mən hakimdən nə baş verdiyini soruşdum, amma o, məni başa düşmədi. Hakimin üzərinə sığıdım? Yox, bir qədər aqressiv idim. Şotlandiyalıların dediyi hər bir şey aqressiv görünür (gülür). Daha sonra hakim sarı vərəqə göstərdi və mən üzr istədim. Yenə deyirəm, sadəcə, nə baş verdiyini soruşmaq istəyirdim".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30