29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Samir Əliyev: “Meydana bir xal üçün çıxmışdıq”

Topaz Premyer Liqasının 5-ci turunda evdə “Qəbələ”yə uduzan (1:3) “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, S. Əliyev əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Meydana bir xal üçün çıxmışdıq. Ancaq təəssüf ki, buna nail ola bilmədik. Millinin və “Qarabağ”ın ÇL-dəki oyunu ilə bağlı böyük fasilə yaranmışdı. Uzun müddət oynamadıq. Bu matçda ustalıq səviyyəsi öz sözünü dedi. Rəqib bu baxımdan bizdən aşkar üstün idi.

- Digər klublarla səviyyə fərqi bu qədər olmayacaq. Həmin oyunlarda nəyəsə ümid etmək olar?

- Problemlərimiz çoxdu. Bu gün daha güclü komandaların məşqçiləri belə heyətdə problemləri olduğunu deyirsə, biz nə deməliyik? Bu il qarşımıza yüksək hədəf qoymamışıq. Yeni yaranmış komandayıq. Heyətimizdə futbolçu çoxdu. Gələn oyunlarda onlara da şans verməyə çalışacağıq.

- Rəqib baş məşqçi hakimlikdən narazılığını bildirdi. Roman Qriqorçukun fikirlərinə qatılırsız?

- Bu, rəqib baş məşqçinin öz fikridi. Mən hakimlikdən narazı qalmadım. Səhv varsa da, hakim də insandı, səhv edə bilər.

- Limit imkan versəydi, Pərviz Qaraxanovu əvəzləyərdiz?

- Yəqin ki, gələn oyunlarda bu cür dəyişiklik olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31