29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Dedim burnundan gəlsin"

Topaz Premyer Liqasının V turu çərçivəsində “Qarabağ”a 0:2 hesabı ilə məğlub olan “Kəpəz”in baş məşqçisi Şahin Diniyev matçsonrası mətbuat konfransı keçirib. Futbolxeber.az xəbər verir ki, təcrübəli mütəxəssis ənənəvi olaraq, qələbə münasibəti ilə növbəti rəqibini təbrik edib.
 
- “Qarabağ”a qarşı açıq futbol oynamaq mümkünsüzdü. Əsas heyətlə çıxmışdılar. Elitar rəqiblərlə kiçik komandalar arsında əsas fərq səhvlərdən istifadə etmək bacarığındadı. Öz səhvlərimizdən qollar buraxdıq. İkinci hissədə rəqibi əks-hücumlarda yaxalaya bilərdik. Futbolçularımdan razıyam, bacardıqlarını ortaya qoydular. “Qarabağ”ı təbrik edirəm.
 
- Tural Rzayevin mövqeyindəki dəyişiklik nə ilə bağlı idi?
 
- Standart vəziyyətlərdə bu cür rotasiyalar olur. 
 
- “Kəpəz” hücum etsə də, bütün hallarda oyunçularınız ofsaydda qalırdılar. Bu problem nədən qaynaqlanırdı?
 
- 16 futbolçunun dəyişməsi xətlərarası anlaşılmazlığı şərtləndirir. Qeyd etdiyiniz məqam da bundan qaynaqlanır. Yavaş-yavaş komanda formalaşır. Cəmi 1 xalımız var. Buna görə utanıram. “Kəpəz” azarkeşi buna layiq deyil. 
 
- Belə çıxır ki, komandanız potensialına uyğun yerdədi?
 
- Xeyr, razılaşmıram. Müəyyən matçlarda daha yaxşı nəticəyə layiq idik. Sadəcə, komanda formalaşmayıb hələ ki.
 
- Komandanı mövsümün gedişatında formalaşdıranda 5 turdan sonra 1 xalı olar, xətlərarası əlaqəni də çempionatın gedişatında bərpa olar. Rəhbərliyə izah etmək olmur ki, heyəti yayda yığarlar?
 
-  Heç kiin üstünə günah atmaq istəmirəm. Komandanın uğursuz çıxışında əsas günahkar mənəm.
 
-  Coşqun Diniyevə matç başa çatdıqdan sonra nə dediniz?
 
-  (gülür) Dedim burnundan gəlsin.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31