24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Şahdağ"dan geri addım: "Yayılan məlumatlar tam əsassızdır"

Azərbaycan çempionatının I Divizionuna buraxılmayan "Şahdağ" bəyanat yayıb.

Futbolxebe.az xəbər verir ki, əyalət təmsilçisi baş məşqçisi Kamran Əlibabayevin müsahibəsində səsləndirdiyi fikirləri təkzib edib.

"Dəyərli media və hörmətli futbol ictimaiyyəti! "Şahdağ" Futbol Klubu olaraq I Diviziona iştirakımıza icazə verilməməsi ilə bağlı rəsmi olaraq mövqeyimizi bildirməmişik. Mətbuatda həqiqəti əks etdirməyən xəbərlərin yer alması bizi çox təəssüfləndirir. Klubumuzun baş məşqçisinin Apasport.az saytına musahibəsindəki fikirlər düzgün anlaşılmayıb.

Dağıstan çempionatında iştirak etməyimiz haqqında yayılan məlumatlar tam əsassızdı. Kamran Əlibabayev klubun birinci diviziona buraxılmadığı təqdirdə, öz fəaliyyətini Dağıstan futbol çempionatında davam etdirəcəyini və özü ilə bəzi oyunçuları ora aparmaq ehtimalının olduğunu demək istəyib. Bundan əlavə,klubumuzun eks vitse-prezidenti Rüstəm Əzimov tutduğu vəzifəsindən istefa verdiyi üçün Rüstəm bəyin fikirlərini klubun mövqeyi kimi bildirmək tam yalnışdır. Rustəm bəyin fikirlərini "Şahdağ"ın movqeyi kimi təqdim edən saytlardan duzəliş etməyi xahiş edirik". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30