29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ramin Musayev: "Komandaların I Diviziona buraxılmamasının səbəbləri müxtəlifdir"

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin “Report”a müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir.
 
- AFFA və PFL-in birgə komissiyası I Divizionda çıxış etmək istəyən klublardan yalnız onuna müsbət cavab verdi. Ötən mövsüm bu liqada mübarizə aparan “Göyəzən”, “Energetik”, “Şahdağ” və “Bakılı” klublarının kənarda qalması nə ilə əlaqədardır?
 
- Bununla bağlı AFFA və PFL-in saytında rəsmi məlumat yerləşdirilib. Təqdim olunan sənədlər, peşəkarlıq, şərait və ötən mövsüm UEFA-dan danışılımış oyunlarla bağlı daxil olan məlumatlar və digər məqamlar nəzərə alınaraq bu addım atılıb. Yəni komandaların yarışa buraxılmamasının səbəbləri müxtəlifdir. Kiminin adı oyun alqı-satqısında hallanır, kiminin bazası, şəraiti yoxdur, kimisi futbolçulara maaş verə bilmir, kimisi də tam sənədləri təqdim edə bilmir. Bütün bunlar məlum qərarı şərtləndirib. Ümumilikdə deyə bilərik ki, bu komandalar indiki vəziyyətdə I Divizionda yarışmağa qadir deyillər. Bu Ramin Musayev, Elxan Məmmədovun deyil, ümumi komissiyanın qərarıdır və buna hörmətlə yanaşmaq lazımdır.
 
- Yeni klublardan niyə yalnız “Vətən”, “Binə” və “Xəzər” qəbul olundu?
 
- Əslində, ilk sualda buna cavab verdim. Hər üç klub tələb olunan şərtlərə cavab verdiklərinə görə yarışa buraxılıb.
 
- “Göyçə”nin I divizionda olacağını demişdiniz. Niyə alınmadı?
 
- Mən oynayacağını deməmişdim. Sadəcə belə bir klubun yaradıldığını və iştirak üçün müraciət etdiyini demişdim. Müsahibələrdə qeyd etmişdim ki, iştirak üçün müraciət edən komandaların sayı çoxdur. Onların iştirak edib-etməyəcəyinə isə araşdırmalardan sonra qərar veriləcəkdi. “Göyçə”nin iştirakının niyə alınmadığı AFFA və PFL-in birgə komissiyasının açıqlamasında öz əksini tapıb.
 
- I Diviziondan kənarda qalan klublar Region Liqasında çıxış etməkdə maraqlıdırlar?
 
- Bu, biz tərəfdən olan bir təklifdir. Sözsüz, Qazax, Mingəçevir, Qusar, Yevlax kimi şəhərlərin kənarda qalması bizim üçün də ağırdır. Yevlaxda, Mingəçevirdə yaxşı infrastruktur var. Qusar futbolunda hər zaman yaxşı oyunçular yetişib, stadiona azarkeşlər gəlib. Biz bunları çox gözəl bilirik. Amma bəzi reallıqlar var ki, onları da nəzərə almaq lazımdır və qaydalar əsasdır. Region Liqasının yaradılması isə bir təklifdir və düşünürəm ki, gözəl təklifdir. Bu liqa eyni zamanda gələcəkdə Azərbaycanda II liqanın yaradılması üçün təkan ola bilər.
 
- I Divizionda limitlə bağlı dəyişiklik gözlənilir?
 
- Yeni limit 6+2+3 formatında qəbul olunub. Meydançada maksimum 2 legioner futbolçu ola bilər. Bundan əlavə, 3 nəfər 1996-cı il və daha gənc təvəllüdlü futbolçunun meydançada olması vacibdir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31