19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Qismətimizdə qol vurmaq yox imiş"

"Ötən mövsüm APOEL-lə də evdə 1:1 oynamışdıq. Amma səfərdə 3:1 hesabıyla qalib gəldik. Əminəm ki, biz bu mərhələni keçəcəyik". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Təcrübəli mütəxəssis ənənəsinə sadiq qalaraq, yenə də qeyri-adi açıqlamalar verib: "İddiam davam edir. Rəqib meydanda futbol oynamaqdansa, hospital açmışdı. “Skenderbeu” heç bir cəhətdən “Neftçi”dən üstün ola bilmədi. Bu gün qismətimizdə qol vurmaq yox imiş. Sadəcə top qapıdan keçmirdi. Yeni transferimiz Platyen qol vurmaq üçün çox çalışdı. Ona bildirmişdim ki, Azərbaycan azarkeşləri ilk oyundan sənə qiymət verəcəklər. Təkcə birinci hissədə 30 dəfə fərqli hücum etmişik. Həm də rəqib sırf müdafiə olundu. Biz də əlimizdən gələni etdik. Ən çox qorxduğumuz rəqibin bizi əks hücumda tutması idi. Mən qətiyyən narahat deyiləm. Çünki komandamın oyununa baxanda gördüm ki, tam hazırdır".  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30