20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

AFFA I diviziona 10 klub buraxdı

Sentyabrın 9-da AFFA və PFL-in birgə komissiyası Birinci Divizionda çıxış etmək istəyən klublardan daxil olan müraciətlərə baxaraq, sənədlərini tam təqdim etməyən komandalara bir neçə gün vaxt vermişdi.
 
Futbolxeber.az xəbər verir ki, dünən hər iki qurumun birgə komissiyası növbəti iclasını keçirərək, təqdim olunan sənədləri, peşəkarlığı və ötən mövsüm danışılmış oyunlarla bağlı UEFA-dan daxil olan məlumatları nəzərə almaqla Birinci Divizionda iştirak edəcək komandaların adlarını təsdiqləyib. “Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan”, MOİK klublarından başqa, “Binə” və “Xəzər” komandalarının da Birinci Divizionda iştirakına icazə verilib.
 
Sonuncu iki komanda ilə yanaşı, əlavə vaxt alan 6 klub isə yarışa buraxılmayıb. Bunlar “Bakılı”, “Şahdağ-Qusar”, “Göyəzən”, “Göyçə”, “Karvan” və “Energetik”di. 2 paytaxt, 4 əyalət klubunun ofsayda düşdüyü Divizionda çıxış edəcək 10 komandadan 6-sı Bakı təmsilçisidi.
 
Onu da qeyd edək ki, Birinci Divizionda çıxış etmək hüququ qazana bilməyən komandaların oynaması üçün həvəskar statuslu “Region Liqası”nın yradılması ilə bağlı layihə İcraiyyə Komitəsinə təqdim olunacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30