19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Qurbanov: "Polşada bizə asan olacaq"

Sabah Avroliqanın II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Polşa təmsilçisi "Piast" klubu ilə qarşılaşacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün oyunöncəsi mətbuat konfransı keçirib.

- Yaxşı rəqibə qarşı oynayacağıq. Hərçənd ilk dəfə Avropada oynayırlar. Çox oyunlarını izlədik. “Piast” mobil komandadır. Hər tipdə oyunçuları var. İstədiyimiz kimi oyunu qura bilməsək, çətinliklə üzləşə bilərik. Rəqib meydanın hər yerində pressinq edir. Fikrimcə, düzgün oyun quracağıq. Maksimum çalışmalıyıq ki, burda yaxşı nəticə əldə edək. Futbolçular tam hazırdırlar, motivasiya olunublar.

- “Piast”ın Avropa təcrübəsi yoxdur. Onu “Visla”nı gününə sala biləcəksiniz?

- Fərqli komandalardır. “Visla” ilə hər 2 matçda oyunumuz alınmışdı. İstəyirik ki, bu mərhələni keçək. Bilirik ki, qalib 2 oyunun nəticəsinə görə müəyyənləşəcək.

- Polşalılar daha çox evdə savab oyununa ümid bəsləyir. Ola bilər ki, ilk dəqiqələrdən erkən qol vurub, böyük hesablı qazanaq?

- Hər şey cavab oyununda bilinir. Mən deməzdim ki, ilk oyunda hər şey həll olunacaq. Bakıda nəticədən asılı olmayaraq mərhələ adlamaq haqda bir şey demək olmaz. “Piast”ın çılğın azarkeşləri, həyəcanlı stadionları var. Azarkeşləri əlavə güc verir və 90-cı dəqiqədə qalib gəlmələri olur. Yəqin, bunu nəzərə alaraq, evdəki oyunun daha asan olduğunu deyirlər. Ancaq biz ilk oyunda rəqibi daha yaxşı tanıyacağımızdan, Polşada bizə asan olacaq.

- Polşalılar fiziki cəhətdən güclüdür. “Qarabağ”ın 90 dəqiqəyə fiziki hazırlığa gücü çatacaq?

- Futbolda fiziki, texniki, taktiki hazırlıq bir-birinə bağlıdır. Ancaq Avropada get-gedə tək fizikaya üstünlük verən komanda yoxdur. İnanmıram ki, bizi fiziki cəhətdən onlara məğlub olaq. Sadəcə, polşalıların həddindən artıq iri futbolçuları var. “Piast” bu baxımdan standart vəziyyətlərdə üstələyə bilər.

- Polşalılar oyundan öncə bir çox şeylərdən qorxdular. Bu, sizə necə təsir etdi?

- Normal. Hər şeyə uyğunlaşmalıyıq. Bir çox komandalar öz aşpazlarını aparırlar. Biz öz xalqımızı tanıyırıqsa, başqasının deməyi bir o qədər təsir etməməlidir.

- Əsas heyəti özünüz üçün müəyyənləşdirmisiniz?

- Bəli. İnşallah, orucluq oyuna təsir etməməlidir.

- Ümidləri doğrultmayan Gelaşvilini yerinə qol vuran Leroy arasında seçim edəcəksiniz?

- Bunu sabah oyundan öncə deyərəm (gülür). Heyətdə ciddi dəyişiklik olmayacaq. Sizdən fərqli Gelaşvili mənim ümidlərimi doğrultdu. On qol çatmadı. İnşallah, bunu növbəti oyunlarda vurar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31