29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Elxan Məmmədovun "yamaq" olması

“Media Komitəsinin yaradılması gündəmdədir. AFFA-nın təşəbbüsü ilə son 6 ayda 2 komitə yaratmışıq. Əminliklə deyə bilərəm ki, bunun faydasını görürük. Media Komitəsinin yaradılması vacibdi. Bu qurum 2020-ci ildə keçiriləcək Avropa çempionatına hazırlıq çərçivəsində olmalıdı. İdman mediası növbəti illərdə inkişaf etməlidir ki, Avropanın aparıcı ölkələri ilə rəqabət apara bilsin. Beynəlxalq təcrübədən yararlanmağımız da mütləqdi. Bu komitə mətbuatın inkişafına da təkan ola bilər”.

Bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov hələ 2015-ci il aprelin 12-də Futbolxeber.az saytına müsahibəsində demişdi.

Təxminən 1 il sonra baş katib istəyini reallaşdırdı. Media Komitəsi yaradıldı. Amma Elxan Məmmədovun yuxarıda səsləndirdiyi fikirlərdən reallaşanı elə yalnız Komitənin yaradılması oldu.

Məmmədov “idman mətbuatı inkişaf etməlidir” desə də, geridə qalan müddətdə mətbuat irəli yox, hətta geri gedib deyə bilərik. Reallıq budur ki, Azərbaycan idman mətbuatı şəraitinə görə nəinki Avropanın aparıcı ölkələri, heç yaxın və qardaş Türkiyə və Rusiya KİV-i ilə belə, müqayisəyə gəlməyəcək səviyyədədir.

AFFA-nın baş katibi “Beynəlxalq təcrübədən yararlanmağımız mütləqdi” desə də, geridə qalan 2 ildə bu baxımdan heç bir addım atılmayıb. 1 dəfə jurnalistləri AFFA Tiflisdə keçirilən UEFA Superkuboku uğrunda görüşü izləməyə göndərib ki, onda da tribunada tamaşaçı kimi oturmuşduq. Yəni Gürcüstan paytaxtında hər hansı təcrübə qazanmaqdan söhbət gedə bilməzdi. Göründüyü kimi, Elxan Məmmədovun təşəbbüsü ilə yaradılan digər 2 komitə kimi AFFA Yanında Media Komitəsi də ciddi heç nə ilə yadda qalmır.

Komitənin İdarə Heyətinə seçilənlərdən bir neçə nəfərin vaxtından əvvəl qurumdan ayrılmaları Komitənin nüfuzuna ciddi təsir göstərib. Xüsusən də “Futbolpress”in rəhbəri Elçin Cəlilovun gedişindən sonra komitə çox sönük görünür. Çünki digərlərindən fərqli olaraq, Cəlilov komitədən ayrılmasının səbəbini geniş şəkildə izah etdi. Dəyərli həmkarımız məhz baş katibin komitəyə qeyri-ciddi münasibətinə görə istefa verdiyini bildirdi ki, onun bu addımı tam haqlı idi.

Bu gün Azərbaycan futbolu üçün tarixi gündü. İlk dəfə olaraq çempionumuz Çempionlar Liqasının qrup mərhələsində meydana çıxacaq. Özü də səfərdə, adlı-sanlı “Çelsi”yə qarşı. Təəssüflər olsun ki, həmin görüşü heç bir azərbaycanlı idman jurnalisti yerindən işıqlandıra bilməyəcək. Budur inkişaf? Elxan bəy, inkişaf belə olmur. Azərbaycan futbolunda böyük pullar dövr etsə də, idman mətbuatının durumu acınacaqlıdır.

Bu gün ölkədə peşəkar səviyyədə fəaliyyət göstərdiyini iddia edən 30-dan çox sayt vaar. Amma onlardan heç biri tarixi qarşılaşmanı yerindən işıqlandıra bilmir. Elxan bəy, axı 2 il qabaq siz idman mediasının növbəti illərdə inkişaf etməli olduğunu, Avropanın aparıcı ölkələri ilə rəqabət apara bilməsini istəyirdiz. Nə oldu? Bəs bəh-bəhlə yaratdığınız komitə niyə Londona jurnalist göndərə bilmir? Cavabı çox bəsitdi. Çünki siz həmin komitəyə qeyri-ciddi yanaşırsız. Adicə bir məqama diqqət yetirək. Media Komitəsinin illik büdcəsi heç 100 min manat çatmır. Amma vaxtı ilə AFFA-nın rəsmi nəşri olan, Azərbaycan futboluna 1 qara qəpik də faydası dəyməyən, klubların zorla abunə olduqları “Futbol dünyası” qəzetinin illik büdcəsi 200 mindən çox idi...

Amma yanılmışam. Mən elə bilirdim ki, Elxan Məmmədov mətbuatı düşünmür. Belə deyilmiş. İdman jurnalistlərindən fərqli olaraq, hazırda Londonda olan baş katib Britaniya paytaxtında media nümayəndələrinin olmadığını görüb, məsuliyyəti üzərinə götürüb. Yəqin ki, bu gün səhərdən bir neçə saytda baş katibin “Qarabağ”la bağlı yazısınə görmüsüz. Məhz həmin yazıdan sonra Elxan bəyin mətbuatı nə qədər çox düşündüyünə əmin oldum. Deyəsən, baş katib çörəyimizə göz dikib. Azərbaycan futbolunu ağ günə çıxaran Elxan Məmmədov jurnalistika ilə daha peşəkar səviyyədə məşğul olmağa başlasa, qalacağıq işsiz-gücsüz...

Elxan Məmmədov hər uğurda bir yana, hətta hər prosesdə baş rolda görünməyi sevir. Londonda azərbaycanlı reportyor olmadığı üçün ordan yazmağı da özünə lazım bilib, rəhbərliyin klubu ziyarət eləməsinə aid fotolara özünü dürtməsini də, hər şeyi, hər şeyi...

Guya ki, baxın, mən də burdayam ee...

Axı "Qarabağ" ölkə başçısından tutmuş, hamının diqqət mərkəzindədi.

Bura qədər olan enişli-yoxuşlu yollarda Elxan Məmmədov harda idi?!

Niyə məhz indi özünü dürtür araya?

Bura qədər deyək də hardaydı.

AFFA-da "Qarabağ"ın əleyhinə təbliğatın ideoloqluğunu edirdi.

AFFA-nın çox funksioneri futbol aləmində bu klub leyhinə əks-təbliğat aparır, ancaq klub rəsmilərindən kimisə görəndə qucaqlaşıb, öpüşüb.....

Bunlardır indi "Qarabağ"ı tərifləyən?!

İBRAHİM




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31