23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Almeyda üçün Londonda yubiley

Çempionlar Liqasının qrup mərhələsinin ilk oyunu “Qarabağ”ın futbolçusu Riçard Almeyda üçün əlamətdar olacaq.
 
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan millisinin braziliyalı yarımmüdafiəçisi avrokuboklarda yubiley matçına çıxacaq.
 
İngiltərə “Çelsi”si ilə Londonun “Stemford Bric” stadionundakı qarşılaşma Riçardın 50-ci belə oyunu olacaq. Bunadək “Qarabağ”la 49 avrokubok görüşünə çıxan Almeydanın hesabında 7 qol var.
 
2012-ci ilin yayında “Qarabağ”a keçən braziliyalı növbəti il Avropa Liqasında Ağdam təmsilçisi ilə ilk görüşünə çıxıb. 2013-cü il iyulun 2-də Makedoniyada “Metalurq”a qarşı görüşlə başlayan avrokubok karyerasındakı görüşlərdən 31-i Avropa Liqası, 18-i Çempionlar Liqasına təsadüf edib.

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30