Ölkə futbolu
Tərlan Əhmədovun ilk müsahibəsində açılan "şifrələr"
Tərlan Əhmədovun "Neftçi"yə gəlişi haqda məlumat bir müddətdir ki, müzakirə edilirdi, bu gün isə rəsmiləşdi. Klub saytının müvafiq xəbərində baş məşqinin cümə günü mətbuat konfransının keçiriləcəyi də qeyd olunmuşdu. Ancaq Əhmədov bu gün verdiyi müsahibədə, demək olar ki, hər şeyi açıb, qoyub ortaya. Mətbuat konfransı üçün həm heç nə saxlamayıb, həm də yeni mövzular/suallarçün zəmin yaradıb.
Belə ki, ilk sual və cavabına diqqət:
- "Neftçi"yə baş məşqçi təyinatınız necə baş verdi? Nə vaxtdan danışıqlar aparırdınız?
- Açığı, Peşəkar Futbol Liasının prezidenti Ramin Musayev sağ olsun ki, bu məsələdə ən böyük təklifi o etdi. Bir neçə gün bundan əvvəl də rəhbərlik səviyyəsində görüşümüz baş tutdu. Məsləhət görüldü ki, artıq sentyabrın 11-dən komandanı təhvil alım (Mənbə: "sportnet". Müsahibədə bu hissə sonradan silinsə də...).
Əhmədov, sən neylədin? Ramin Musayevin "Neftçi"ni ələ almaq siyasətinin bütün gizlinlərini açıb, tökdün ortaya!
Axı nə müddətdir bu proses çox məxfi və labirintal formada aparılır...
Sənin açıq sözlü biri olduğunu bilirdik, daha bu qədər yox ki...
"Neftçi"nin prezidenti, vitse-prezidenti, müşahidə Şurası və onun sədri, üzvləri var. Ramin Musayev kimdir ki...
Əhmədov, Musayevin kadrı olduğunu kulisdəkilər bilir və deyirdi, ancaq bu müsahibənlə kulisdə heç nə saxlamadın. Bu nə idi belə...
Müsahibəboyu Tərlan Əhmədov başqa bir neçə məqamda da kuryoz situasiyaya uğrayır. Məsələn, Rəşad Sadiqovu özünün gətirdiyini, ancaq Emin Mahmudovun gətirilməsində rolunun olmadığını yarı birbaşa, yarı yarımçıq büruzə verir.
Bir sözlə, "Neftçi"ni ələ almaq uğrunda pərdəarxası savaşın getdiyindən sizə bəhs elədiyimiz məqamlar bir-bir özü aşkara çıxmaqdadır.
Artıq AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun klanı, AFFA baş katibi Elxan Məmmədovun kurasiyasından üzülməkdə olan "Neftçi"yə indi iki əsas qüvvə sahiblənmək niyyətindədir.
1. Keçmiş prezident Sadıq Sadıqov - Tahir Süleymanovu (keçmiş vitse-prezident) klub rəhbərliyinə gətirtməklə
2. Keçmiş vitse-prezident Ramin Musayev - özü, yaxud ən sadiq kadrını ora təyin etdirməklə
Başqa qüvvələrin də SOCARdaxili çəkişmələrdə gizli planları var. Ancaq baş rollarda olanlar bunlardır.
Maraqlıdırsa, subyektiv mövqeyimizi bildirək. Bu tərəflərin heç biri hazırkı idarəçilərdən ciddi fiqurlar deyil.
Təxmin elədiyimiz və sizinçün qeyd etdiyimiz kimi davam etməkdədir.
Musayev də, Sadıqov da "Neftçi"ni çox arzulayır. İkisinin də buna şansı var. Sadıqov Rövnəq Abdullayevə yaxınlığı ilə.
Musayev də Abdullayevin rəhmətə getmiş qardaşı Abbas Abdullayevin ona vəsiyyətidir. Musayevin futbolda vəzifədə "toxunulmazlığı" da bundan qaynaqlanır.
Bax, belə bir mənzərəsi olan Azərbaycan futbolunda Əhmədovun son müsahibəsi xeyli mövzuya qapı açdı.
Sadıqov Cüdo federasiyasında vitse-prezidentdir, "Neftçi"dən çıxdaş ediləndən sonra Abdullayev onu himayəsinə aldı. O, bir növ, qovulduğu "Neftçi"yə qayıdıb, onu o vəziyyətə gətirənlərə sübut eləmək istəyir ki...
Musayev isə... PFL-in büdcəsinin üç dəfəyədək azaldılmasından sonra qurumun olması onunçün o qədər də vacib deyil (Onsuz PFL Musayev üçün yaradılan qurum idi. O getsə, qurum da böyük ehtimal ki, ləğv olunacaq - red.). "Neftçi"də kurasiyanı ələ alıb, PFL-i zəiflədən Elxan Məmmədova məhz buradan zərbə endirmək/qisas almaq planı var.
Qarşıda çox maraqlı olacaq...
Elçin Cəlilov. Futbolpress.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
-
12:31
Ayxan Abbasovun həqiqətləri
-
12:00
Sərtan Taşkının komandası səfərdə qalib gəldi
-
11:48
"Atletik" öz meydanında büdrədi VİDEO
-
11:27
"İQ Sports" media və marketinq agentliyi fəaliyyətə başladı
-
11:15
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
-
11:03
“Traktor” səfərdə uduzdu
-
10:52
"Ayntraxt"ın qələbəsi VİDEO
-
10:39
Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək
-
10:24
"Latsio" 3 xalı tək qolla qazandı VİDEO
-
10:11
Orxan Məmmədov “Neftçi” ilə oyundan öncə “Zirə”ni tək buraxmadı FOTOLENT
-
09:48
"Beşiktaş" "Ankaragücü"nü məğlub etdi VİDEO
-
09:30
"Qəbələ"nin 2 futbolçusu "Qarabağ"a qarşı oynamayacaq
-
20:15
"Sumqayıt" Tovuzdan qələbə ilə qayıdır VİDEO
-
19:58
Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
-
19:31
Samir Abasov: “Bu gün bizi bu yerdə görmək heç kim üçün xoş deyil”
-
18:26
"Sumqayıt” II pilləyə yüksəldi
-
16:42
Azərbaycan gimnastı: “Karyeramda ən böyük dəstəkçim anamdır”
-
16:07
PFL-in prezidenti: “Qəzadan sonra 9 dəfə əməliyyat olundum”
-
15:54
Tovuzda heyətlər açıqlandı
-
15:23
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
-
14:15
Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
-
13:46
Andersson azarkeşlərə səsləndi: “Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil”
-
13:39
“Bojoviçin komandada qalıb-qalmaması mənim fikrimdən asılı olacaq”
-
13:28
“Neftçi”nin idman direktoru maaşını açıqlamaq istəmədi
-
13:20
Yens Andersson: “Sizə söz verə bilmərəm ki, qruplarda oynayacağıq”
-
12:57
"Qəbələ" Abu Akalla vidalaşdı
-
11:14
XXXI turun hakim təyinatları
-
10:31
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
-
10:06
Mükafatlar uğrunda oyunların tarixləri müəyyənləşib
-
09:49
"Aston Villa" penatilərlə mərhələ adladı VİDEO
-
09:28
"Fənərbaxça" Konfrans Liqası ilə vidalaşdı VİDEO
-
09:10
İddiaçılar Turniri: Nicat Abasov yenə də uduzdu
-
19:01
“Turan Tovuz” azarkeşlərə səsləndi: Finala bərabər son 6 oyun! VİDEO
-
18:49
“Dinamo” - “Qusar” matçında 4 qol
-
18:16
I Liqada 22-ci tura yekun vuruldu
-
17:32
“Sumqayıt” “Turan Tovuz”la oyuna hazırdır FOTOLENT
-
16:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
16:24
Hakimlər “kimə işləyir”? - Araşdırma
-
15:47
U-17 millisinin heyətində dəyişiklik
-
15:33
"Neftçi" Zirə” səfərinə hazırlaşır FOTOLENT
-
15:00
Tovuz stadionu ilk dəfə avrokubok oyununu qəbul edə bilər
-
14:28
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
-
14:11
Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
-
13:39
Azərbaycan Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan edib
-
13:08
AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib
-
12:52
Adi Mehremiçə 4 oyunluq cəza
-
12:46
“Qəbələ”nin meneceri cəzalandırıldı
-
12:40
AFFA 2 klubu cərimələdi
-
12:27
UEFA kursunu uğurla başa vuran qadın məşqçilərə diplomlar təqdim olunub
-
11:54
“Neftçi” ilə oyunda bəxt üzümüzə gülmədi"