Ölkə futbolu
Rauf Əliyev: “Şükür, dolanıram”
Azərbaycan milli komandasının sabiq üzvü, Albaniyanın “Kukesi” klubunun hücumçusu Rauf Əliyevin Futbol11.az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Komandanın yeni transferi olsan da, həm Superkubok oyununda, həm də çempionatın start matçında əsas heyətdə meydançaya çıxdın. Qısa müddətdə bunu necə bacardın?
- İndidən tam olaraq əsas heyətdə yerimi bərkitdiyimi deyə bilmərəm. Çünki “Kukesi”də məndən başqa 3 güclü hücumçu var. Ona görə də heyət uğrunda güclü mübarizə gedir. Hər bir hücumçunun özünəməxsus üstünlükləri var. Bütün bunları nəzərə alıb, güclü rəqabətin gedəcəyini söyləyə bilərik.
- “Tirana”ya qarşı keçirilən Superkubok oyununda məğlub oldunuz. Bunun əsas səbəbi nədir?
- Oyuna yaxşı hazırlaşmışdıq. Amma qarşılaşmanın əvvəlində planlarımız dəyişdi. Qırmızı vərəqə aldığımıza görə, oyun planı dəyişdi. Qırmızı vərəqə bizi pis vəziyyətdə qoydu. 25-ci dəqiqədən sonra daha ehjtiyatlı oynamağa başladıq. Heyətə yeni oyunçular qoşulub, məşqçilər də yenidir. Amma düşünürəm ki, bunlar məğlubiyyət üçün əsas səbəb deyildi. Əsas səbəb qırmızı vərəqə alıb, bir nəfər azlıqda oynamağımız oldu.
- Albaniya liqasında da debüt etdin. Debütünlə bağlı düşüncələrin necədir?
- Superkubok görüşündən sonra liqaya hazırlaşdıq. Qısa zaman ərzində toparlanmalı idik. Bunu bacardıq və ilk oyunu qalib başa vurduq. Qələbədə əməyim olduğu üçün çox sevinirəm.
- Artıq bir müddətdir ki, Albaniyadasan. Azərbaycan və Albaniya futbolu və liqaları arasında nə kimi fərqlər var?
- Fərqlər var. Bu əsasən şəraitlə bağlıdır. Azərbaycan çempionatı şərait baxımından daha yüksək səviyyədədir. Amma azarkeş baxımından Albaniya daha öndədir. Azarkeşlər oyunları daha çox stadiondan izləməyə üstünlük verirlər. Albaniya futbolunun xüsusi cəhətlərindən biri isə bərk futboldur. Hər oyunda sərt mübarizə gedir. Amma şərait baxımından Azərbaycan çempionatı daha üstündür.
- Albaniya klublarının maliyyə durumu necədir?
- Albaniya çempionatında 10 komanda mübarizə aparır. Bu klublardan beşinin maliyyə durumu daha yaxşıdır. Transferlər edir, yaxşı işlər həyata keçirirlər. Şükür mənim də durumum pis deyil, dolanıram.
- Legioner həyatı yaşamaq necə bir hissdir?
- Legioner həyatı yaşamaq xüsusi bir hissdir. Hər şeydən uzaqdasan. Dostdan, tanışdan, evdən-eşikdən uzaq olursan. Karyerana görə bütün bunları dəf etmək lazımdı. Futbol oynamaq, karyera qurmaq üçün bütün bunları gözə almışam. Xeyirlisi, görək necə olacaq?
- Necə bir şəhərdə yaşayırsan?
- Əsasən paytaxt Tiranada qalırıq, komanda burada məskunlaşır. Hər şey normaldır. Boş vaxtlarımda, danışa bildiyim, ünsiyyət qurduğum oyunçularla oturub, çay, kofe içirəm. Daha sonra evdə, internetdə olub, xəbərlərə baxıram, vaxtımı keçirirəm. Hərdən şəhəri də gəzirəm.
- Belə görünür ki, əsas problemin, dil və ünsiyyətlə bağlıdır...
- Bəli, əsas problemim dil və mentalitetlə bağlıdır. Amma komandada türk və rus dillərində danışanlar da var. Onlarla daha çox söhbət edirəm. Ümid edirəm ki, bu problemləri yoluna qoyacağam.
futbol11.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
-
20:15
"Sumqayıt" Tovuzdan qələbə ilə qayıdır VİDEO
-
19:58
Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
-
19:31
Samir Abasov: “Bu gün bizi bu yerdə görmək heç kim üçün xoş deyil”
-
18:26
"Sumqayıt” II pilləyə yüksəldi
-
16:42
Azərbaycan gimnastı: “Karyeramda ən böyük dəstəkçim anamdır”
-
16:07
PFL-in prezidenti: “Qəzadan sonra 9 dəfə əməliyyat olundum”
-
15:54
Tovuzda heyətlər açıqlandı
-
15:23
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
-
14:15
Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
-
13:46
Andersson azarkeşlərə səsləndi: “Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil”
-
13:39
“Bojoviçin komandada qalıb-qalmaması mənim fikrimdən asılı olacaq”
-
13:28
“Neftçi”nin idman direktoru maaşını açıqlamaq istəmədi
-
13:20
Yens Andersson: “Sizə söz verə bilmərəm ki, qruplarda oynayacağıq”
-
12:57
"Qəbələ" Abu Akalla vidalaşdı
-
11:14
XXXI turun hakim təyinatları
-
10:31
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
-
10:06
Mükafatlar uğrunda oyunların tarixləri müəyyənləşib
-
09:49
"Aston Villa" penatilərlə mərhələ adladı VİDEO
-
09:28
"Fənərbaxça" Konfrans Liqası ilə vidalaşdı VİDEO
-
09:10
İddiaçılar Turniri: Nicat Abasov yenə də uduzdu
-
19:01
“Turan Tovuz” azarkeşlərə səsləndi: Finala bərabər son 6 oyun! VİDEO
-
18:49
“Dinamo” - “Qusar” matçında 4 qol
-
18:16
I Liqada 22-ci tura yekun vuruldu
-
17:32
“Sumqayıt” “Turan Tovuz”la oyuna hazırdır FOTOLENT
-
16:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
16:24
Hakimlər “kimə işləyir”? - Araşdırma
-
15:47
U-17 millisinin heyətində dəyişiklik
-
15:33
"Neftçi" Zirə” səfərinə hazırlaşır FOTOLENT
-
15:00
Tovuz stadionu ilk dəfə avrokubok oyununu qəbul edə bilər
-
14:28
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
-
14:11
Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
-
13:39
Azərbaycan Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan edib
-
13:08
AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib
-
12:52
Adi Mehremiçə 4 oyunluq cəza
-
12:46
“Qəbələ”nin meneceri cəzalandırıldı
-
12:40
AFFA 2 klubu cərimələdi
-
12:27
UEFA kursunu uğurla başa vuran qadın məşqçilərə diplomlar təqdim olunub
-
11:54
“Neftçi” ilə oyunda bəxt üzümüzə gülmədi"
-
11:33
U-17 millimiz İnkişaf turnirində iştirak edəcək
-
11:05
Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
-
10:56
Məhəmməd Muradlı liderliyini davam etdirir
-
10:42
Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
-
10:29
“Azərreyl”in kapitanı: "Hədəfimiz çempionluqdur"
-
10:18
Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
-
10:03
"Real" "Mançester Siti"ni mübarizədən kənarlaşdırdı VİDEO
-
09:47
UEFA inspektoru "Turan Tovuz"un stadionuna baxış keçirdi
-
09:30
İddiaçılar Turniri: Nicat Abasov yenə uduzdu
-
18:51
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
-
18:28
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
-
18:07
“Xəzri” finalda