19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Kamran Quliyev: “Bu, onlara xəyanətdi” (MÜSAHİBƏ)

“Sumqayıt”ın prezidenti Kamran Quliyev Topaz Premyer Liqasının IV turunda “Neftçi”ni 1:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Komandanız “Neftçi” üzərində çətnin qələbə qazanmaqdı. Qələbəni necə şərh edərdiz?

 - 2 məğlubiyyətdən sonra komanda istəkli olmalı idi. Millinin oyunları ilə əlaqədar çempionatda yaranan fasilədə komanda özünə gəldi. Əvvəlki 2 turda uduzduğumuz oyunlarda da pis təsir bağışlamamışdıq. Bu gün oyuna yaxşı başladıq. Kaş ki fasilədən sonra da birinci hissədəki kimi oynayardıq. Komandamızda istək çox idi.

- Komandanız kifayət qədər qol epizodu yaratsa da, məhsuldarlıq elə də yüksək deyil. Bunu nə ilə əlaqələndirirsiz?

 - Həqiqətən də hücumun sonluğunu gətirmək problemdi. Komandada “vuran ayaq”lar var. Amil Yunanov mövsüm ərzində 10-12, daha da çox qol vura biləcək hücumçudur. Rəşad Eyyubov, Cavid İmamverdiyev kimi oyunçular da hər an sözlərini deməyə qadirdilər. İlk 4 turda əvvəl 10 oyunda yaratmadığımız qədər qol epizodu yaratmışıq. Amma əvəzində az qol vurumuşuq. Bunun üzərində işləmək lazımdı.

- Bu gün çempionatda iddialı komandaların sayı çox deyil və “Sumqayıt” da Avroliqa uğrunda mübarizə aparır. Bu halda heyətə ən azı 1-2 legioner cəlb etmək olmaz?

- Əvvəlki illərdə bir müddət çempoionatın lideri olmuşuq, ötən mövsüm sona 4-5 qalmış Avroliqaya iddialıyıqdıq. Komandamız indi- indi formalaşır. Avroliqaya düşməyi biz də istərik. Bunu bacarsaq, bəlkə də klubun sahibləri bu barədə bizə korrektə etməyə imkan verəcəklər.

- Sanki “Sumqayıt” “Neftçi”yə qarşı daha istəkli oynayır...

- Məgər “Kəpəz”ə qarşı istəksiz idik? Eyni əhval ruhiyyə iıə hazırlaşırıq oyunlara. Bu qədər azarkeş önündə necə istəksiz oynamaq olar? Bu, onlara xəyanətdi.

- Azarkeşlərdən söz düşmüşkən. Matça maraq böyük olsa da, azarkeşlərin heç də hamısı oturmağa yer tapmırdı...

- Bu, bizim yaralı yerimizdi, O barədə nəsə demək istəmirəm. Biz müraciət etmişik. Qapıların arxasında tribuna tikmək mümkündü. Müraciət etməyimizə baxmayaraq, hələ ki heç nə yoxdu. Stadionu SOCAR inşa edib. Bu məsələni dəfələrlə qaldırmışıq. İstər biz, istər futbol adamları, istərsə də jurnalistlər.

- Mehdi Hüseynzadə adına əsas stadionun son durumu necədir?

- Bu, kluba aid məsələ deyil. Bildiyim qədəri ilə hər hansı irəiləyiş yoxdur. Sadəcə hasar qoyulub. Mətbuatda bununla bağlı müxtəlif tarixlər səslənirdi - iyun, iyul, avqust. Amma artıq sentyabrdı, gördüyünüz kimi hələ heç nə yoxdur.

- Bəlkə “Qəbələ”nin stadionundakı kimi vəziyyətdən çıxış yolu üçün portativ tribunadan yararlanasız?

- Bu, çıxış yolu deyil. Mən inşaatçı deyiləm, amma bildiyim qədəri ilə maksimum 3-4 sıra qoymaq olar. O da təhlükə yaradar. Əsaslı tribunaya ehtyacımız var.  olmalıdı. Azarkeşlər bunu haqq edir.

- Millimizin baş məşqçisi Robert Prosineçki görüşü  sizinlə birgə izlədi.

- Prosineçki də maraqlı oyun izlədi. Xüsusi məqamlara toxundu, bunu sizə demərəm. (gülür) Yəqin özü ilə danışmısız. İlk yarıdakı oyunu çox bəyənmişdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30