20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Piast"ın kapitanı: "Qarabağ" elə də yüksəksəviyyəli komanda deyil"

Avroliqanın II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Polşa təmsilçisi "Piast"ın kapitanı Tomaş Podqorski qarşıdakı görüş haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, 28 yaşlı futbolçunun fikrincə, Ağdam klubu sabahkı matça daha yaxşı hazırlaşıb: "Son bir neçə gündə yaxşı çalışmışıq. Lakin "Qarabağ" da bizimlə oyuna yaxşı hazırlaşıb. Baş məşqçi rəqib haqda bizə müəyyən məlumatlar verib. Avrokuboklarda yaxşı başlanğıc etmək istəyirik. "Qarabağ" elə də yüksək səviyyəli komanda deyil. Biz onları fiziki cəhətdən üstələyə bilərik. Lakin müxtəlif komponentlərdə rəqib bizi üstələyir. Onların heyətində bəzi futbolçular var ki, meydanda tez-tez yer dəyişərək qol vurmağı bacarır. Həmin oyunçulara qarşı diqqətli oynamalıyıq. Oyuna gəldikdə isə Bakıdan sərfəli nəticə ilə ayrılmaq istəyirik. Burada böyük hesabla məğlub olub, cavab matçının formal xarakter daşımasını istəmərik. Buna görə də Polşadakı cavab qarşılaşmasına sərfəli nəticə ilə yollanmaq lazımdır. "Qarabağ"la oyunda qapımıza qapanaraq müdafiədə oturmayacağıq. Çünki bu, bizim oyun üslubumuz deyil. Əksinə hücumda oynayaraq qol vurmağa çalışacağıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30