Ölkə futbolu
“Kəpəz” olmasaydı, Vidadi Rzayev də olmazdı”
Bu günlərdə 50 illik yubileyini qeyd edən Vidadi Rzayev “Kəpəz”in rəsmi saytına müsahibə verib.
Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Vidadi müəllim, ilk öncə sizi təbrik edirik, əsri yarıladız. Yubileyi Türkiyədə qeyd etmək fikri hardan yarandı?
- Əvvəlcə təbriklərə görə minnətdaram. Səfərə çıxmaq tək mənim doğum günümlə bağlı deyildi. Səbəblər çox idi. Qızımın doğum günü, onun universiteti bitirməsi və işə qəbul olması üst-üstə düşmüşdü. Ona görə belə qərara gəldik ki, ölkə xaricinə gedib əlamətdar hadisələri birgə qeyd edək. Bu səfəri özümüzə hədiyyə etdik. 50 yaşım mənə düşərli oldu. Qızımın uğurlarını nəzərdə tutub bunu deyirəm.
- Yaşınızın üstə yaş gəlsə də, maşallah, cavan görünürsüz. Bu enerjini haradan alırsız?
- (gülümsəyir) Futbol oynamağı 41 yaşımda bitirdim, bəlkə də bundandır. Düzünü deyim ki, ad günü keçirmək heç vaxt xoşuma gəlməyib. Çünki ömrün səhifəsindən daha bir ilin keçdiyini xatırlamalı olursan, qocalırsan. Bu səbəbdən doğum gününü qeyd etmək ürəyimcə olmayıb. Gücü, yaşamaq eşqini futboldan alıram. Futbol mənim üçün həmişə böyük önəm kəsb edib, həyatımın aparıcı hissəsi olub. Bu idman növünü dünyalar qədər sevirəm, özümü heç vaxt futbolsuz təsəvvür edə bilmirəm. Nə qədər şablon səslənsə belə, futbolçu olduğum, bu yolu seçdiyim üçün çox xoşbəxtəm. Futboldan başqa sağ-salamat yanımda olan atam və anamdan güc alıram. Valideynlərim ilham mənbəyimdi. Ailəm, uşaqlarımla nəfəs alıram. Bütün bunlar məni yaşadır.
- Siz təmtəraqdan, bahalı həyat tərzindən uzaq bir idmançı kimi tanınmısız. Halbuki buna imkanınız olub. Hamının paytaxta axın etdiyi vaxtda siz kənd həyatına qayıtmısız. Vidadi Rzayevi Aşığlıya çəkən nədi?
- İlk öncə təbiətin vurğunuyam, həm də ki, ovçuyam (gülür). Odu ki, kənd həyatı məni həmişə özünə çəkib. Göygöl rayonundakı kəndimiz dağlar qoynunda yerləşir. Gözəl mənzərəsi, səfalı təbiəti var. 25 il ailəmlə birlikdə Bakıda yaşadıq. Amma rayonsuz dura bilmədik. Tək mən yox, elə digər ailə üzvləri də kəndə dönmək həvəsində idilər. Qızlarım da təbiətin vurğunudular. Sıxlıqdan, gur şəhər həyatından, səs-küydən uzağıq.
- Vidadi müəllim, yaxşı xatırlayıram, “Kəpəz” və “Şəmkir”də oynadığınız dövrlərdə məşqə “QAZ-69” avtomobili ilə gəlib-gedirdiz....
- (ucadan gülür) Düz deyirsiz, 1968-ci ilin istehsalıdı. Əsasən qış mövsümündə həmin maşından yararlanırdım. Qar yağanda dağa düşüb-çıxmaq çətin olurdu. Başqa avtomobillərim də vardı. Amma qışda yağıntıya bu əl verirdi. O vaxtlar qar yağanda yollara indiki kimi qulluq olunmurdu. İndi bir az yağıntı olan kimi qum, duz səpirlər, yolları vaxtında təmizləyirlər. Deyim ki, bu gün də həmin avtomobil durur, sürürəm. Bu cür avtomobillərə xüsusi sevgim var. Ova gedəndə və ya dağa-dərəyə gəzməyə çıxanda istifadə edirəm.
- Ov mövzusu sizin yaralı yerinizdi də...
- Ov etməyin böyük həvəskarıyam. Hazırda işimlə bağlı uzaq düşmüşəm, gedə bilmirəm. Ovda ən böyük qənimətim qaban olub. Digər heyvanlar yox, ən çox qabandı ovda mənim diqqətimi çəkən. Evə boş gəldiyim çox olub, amma danlanmamışam. Belə bir söz var, deyirlər “bir ay daban əti, bir gün qaban əti”. Yəni ki, qabanın arxasınca bir ay dabanını yeyə-yeyə sürünürsən, ovun alınanda da qabanın ətini yeyirsən. Ovçuluq hobbimdi.
- Ovçuluğun sayəsində dağ yollarını yaxşı tanıyarsız?
- Elədi, gedib-gəldikcə tanıyırsan. Daha uzaqlara getməyim avtomobilimin sayəsindədi. Bəzi maşınların gedə bilmədiyi yerlərə “QAZ-69” rahatlıqla gedir.
- “Kəpəz” sizin karyeranızda ilk peşəkar klubdu. Komandaya gəlişinizi necə xatırlayırsız?
- Bu komandanın həyatımda böyük, əvəzolunmaz yeri var. “Kəpəz”də oynayanda hələ 10-cu sinifdə oxuyurdum. Oradan da “Neftçi”yə apardılar. SSRİ çempionatının II dəstəsinin 9-cu zonasında mübarizə aparırdıq. Futbolda ilk addımlarımı Gəncədə atmışam. “Kəpəz” olmasaydı, Vidadi Rzayev də olmazdı. Tofiq Əliyev və Zahid Hüseynov məni tapıb ortaya çıxarmışdılar.
- Oyunçu kimi çıxış etdiyiniz komandaya indi məşqçi qismində xidmət edirsiz. Necə hissdi?
- “Kəpəz” mənə çox doğmadı. Bu gün də komandanın sıralarında olduğu üçün çox xoşbəxtəm. Əvvəllər futbolçu kimi kollektivin uğurları üçün çalışırdımsa, indi məşqçi kimi xidmət edirəm. Məqsədimiz “Kəpəz”in əvvəlki şöhrətini özünə qaytarması, öz layiqli yerini tutmasıdı. Əsas komandaya bu mövsümdən qoşulmuşam, ayağım düşərli olar və inşallah, yenidən Avropa Liqasına vəsiqə qazanarıq.
- “Kəpəz”in heyətində daxili yarışlarda bir çox qollara imza atmısız. Fərqləndiyiniz matçlar arasında Çempionlar Liqasının oyunu da var...
- 1999/2000-ci illər mövsümünün I təsnifat mərhələsində Makedoniyanın “Sloqa Yuqomaqnat” komandası ilə rəqib olmuşduq. Açığı, mərhələni keçməyə çox yaxın idik. Amma evdə buraxılan qola görə mübarizəni dayandırdıq. Hamımızın məqsədi turu adlamaq idi. Bakıda oynayırdıq, Gəncədən azarkeşlər də bizi dəstəkləməyə gəlmişdilər. Mən qolu 11 metrlik cərimə zərbəsindən vurmuşdum. Deyəsən, ya Yunis Hüseynovu yıxmışdılar, ya da İmamyar Süleymanovu. Yadımdan çıxıb. Nöqtəyə mənim yaxınlaşmağımı istədilər və fürsəti boşa vermədim. Məni həmişə İsveçrə ilə oyunun qəhrəmanı kimi təqdim edirlər. Rəqib qapısına vurduğum qola görə belə deyirlər. Amma bu qolda bütün komanda yoldaşlarımın zəhməti var. Buna görə heç vaxt özümü öyməmişəm. Qolu digərləri də vura bilərdi. Futbolçunun işi qol vurmaqdı. Tərif eşidəndə özümü narahat hiss edirəm.
- Yeri gəlmişkən, Yunis Hüseynovla yaxın dostsunuz. Onunla həmişə duzlu-məzəli söhbətləriniz futbol ictimaiyyətinin maraq mövzusu olub. Bəlkə heç kimin eşitmədiyi bir maraqlı əhvalatı danışasız...
- Danışım da. Trabzonda Fransa ilə qarşılaşırdıq. Onların heyətində Anqloma vardı, Yunislə eyni cinahda oynayırdı. Mən ehtiyatda idim, epizodların birində Hüseynov topu onun ayaqlarının arasında keçirdi. Oyun gedə-gedə qışqırdım ki, “Yura, Yura, ondan birini də elə”. Yunis də qayıtdı ki, “nə danışırsan, nəfəsim kəsilib”. Fransızların heyəti çox güclü idi, ulduzlara qarşı oynayırdıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
-
14:15
Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
-
13:46
Andersson azarkeşlərə səsləndi: “Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil”
-
13:39
“Bojoviçin komandada qalıb-qalmaması mənim fikrimdən asılı olacaq”
-
13:28
“Neftçi”nin idman direktoru maaşını açıqlamaq istəmədi
-
13:20
Yens Andersson: “Sizə söz verə bilmərəm ki, qruplarda oynayacağıq”
-
12:57
"Qəbələ" Abu Akalla vidalaşdı
-
11:52
“Turan Tovuz”, yoxsa “Sumqayıt”?
-
11:14
XXXI turun hakim təyinatları
-
10:31
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
-
10:06
Mükafatlar uğrunda oyunların tarixləri müəyyənləşib
-
09:49
"Aston Villa" penatilərlə mərhələ adladı VİDEO
-
09:28
"Fənərbaxça" Konfrans Liqası ilə vidalaşdı VİDEO
-
09:10
İddiaçılar Turniri: Nicat Abasov yenə də uduzdu
-
19:01
“Turan Tovuz” azarkeşlərə səsləndi: Finala bərabər son 6 oyun! VİDEO
-
18:49
“Dinamo” - “Qusar” matçında 4 qol
-
18:16
I Liqada 22-ci tura yekun vuruldu
-
17:32
“Sumqayıt” “Turan Tovuz”la oyuna hazırdır FOTOLENT
-
16:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
16:24
Hakimlər “kimə işləyir”? - Araşdırma
-
15:47
U-17 millisinin heyətində dəyişiklik
-
15:33
"Neftçi" Zirə” səfərinə hazırlaşır FOTOLENT
-
15:00
Tovuz stadionu ilk dəfə avrokubok oyununu qəbul edə bilər
-
14:28
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
-
14:11
Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
-
13:39
Azərbaycan Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan edib
-
13:08
AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib
-
12:52
Adi Mehremiçə 4 oyunluq cəza
-
12:46
“Qəbələ”nin meneceri cəzalandırıldı
-
12:40
AFFA 2 klubu cərimələdi
-
12:27
UEFA kursunu uğurla başa vuran qadın məşqçilərə diplomlar təqdim olunub
-
11:54
“Neftçi” ilə oyunda bəxt üzümüzə gülmədi"
-
11:33
U-17 millimiz İnkişaf turnirində iştirak edəcək
-
11:05
Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
-
10:56
Məhəmməd Muradlı liderliyini davam etdirir
-
10:42
Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
-
10:29
“Azərreyl”in kapitanı: "Hədəfimiz çempionluqdur"
-
10:18
Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
-
10:03
"Real" "Mançester Siti"ni mübarizədən kənarlaşdırdı VİDEO
-
09:47
UEFA inspektoru "Turan Tovuz"un stadionuna baxış keçirdi
-
09:30
İddiaçılar Turniri: Nicat Abasov yenə uduzdu
-
18:51
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
-
18:28
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
-
18:07
“Xəzri” finalda
-
17:43
"İmişli"nin şikayəti qismən təmin olundu
-
17:18
“Aznur”un kapitanı: “Hədəfimiz final yox, çempionluqdur”
-
16:55
Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
16:39
Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
-
16:06
I Liqada hakim təyinatları açıqlandı
-
15:42
Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
-
13:17
İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək