29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

“Qəbələ” - “Zirə”: 11-ci duel

Bu həftə Topaz Premyer Liqasında fasiləyə yekun vurulacaq.

Futbolxeber.az-ın “Qəbələ”nin saytına istinadən verdoyo məlumata görə, milli komandaların oyunlarından sonra baş tutacaq IV turda Roman Qriqorçukun komandası ilə qarşılaşacaq.

“Qırmızı-qaralar” çempionatın liderini evdə qəbul edəcək. Sentyabrın 9-da baş tutacaq görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Oyun rəqiblər arasında 11-ci duel olacaq.

İlk dəfə cəmi iki il öncə - 2015-ci il oktyabrında üz-üzə gələn komandalar həm Premyer Liqa, həm Azərbaycan kubokunda qarşılaşıb. Son iki mövsümdə 8 çempionat oyunu ilə 2 kubok matçında “Qəbələ” ilə “Zirə” münasibətlərini aydınlaşdırıb.

Bu 10 qarşılaşmada “qırmızı-qaralar” 5 qələbə qazanıb, 3 heç-heçə edib və 2 dəfə uduzub. 17 qol vuran “Qəbələ” 8 top buraxıb.

Premyer Liqadakı 8 görüşdə isə 3 dəfə “qırmızı-qaralar”, 2 dəfə paytaxt təmsilçisi qalib gəlib. 3 dəfə isə rəqiblər hərəyə 1 xal əldə edib. 10 qol vuran “Qəbələ” 6 top buraxıb. Komandalar 6-cı dəfə “qırmızı-qaralar”ın meydanında görüşəcək. Öz meydanında 2 qələbə və 2 heç-heçəsi olan “Qəbələ” 1 dəfə məğlub olub. Meydan sahiblərinin 8 qoluna qonaqlar 4 topla cavab verib.

Ümumilikdə son 5 görüşdə rəqibinə uduzmayan “Qəbələ” 8 matçdır meydanı qolsuz tərk etmir. “Qırmızı-qaralar”ın qəsəbə təmsilçisinin qapısından keçirdiyi 17 qola gəlincə, 10 futbolçu fərqlənməyi bacarıb. Bu duellərdə ən məhsuldar oyunçu Aleksey Qaydır. O, rəqib qapısından 4 top keçirib. Ermin Zets 3, Teo Uiks və indi də “Qəbələ”nin uğurları üçün çalışan Filip Ozobiç isə hərəyə 2 qola sevinib.

2015/16 mövsümü

25.10.2015. Premyer Liqa. Qəbələ - Zirə (Bakı) - 0:0

16.12.2015. Premyer Liqa. Zirə - Qəbələ - 1:0

Nicat Qurbanov, 24

02.03.2016. Azərbaycan kuboku. Zirə - Qəbələ - 1:2

Nelson Bonilla, 77 // Aleksey Qay, 75; Dodo, 84

09.03.2016. Azərbaycan kuboku. Qəbələ - Zirə (Bakı) - 5:1

Aleksey Qay, 5, 12; Rəşad Sadiqov, 17; Rəşad Eyubov, 65; Ermin Zets, 79 // Nurlan Novruzov, 36

13.03.2016. Premyer Liqa. Qəbələ - Zirə (Bakı) - 1:2

Aleksey Qay, 17 //  Nelson Bonilla, 40, 84

07.05.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:3

Rafael Santos, 26, Ermin Zets, 47, 79

2016/17 mövsümü

25.09.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:2

Teo Uiks, 19;76

19.11.2016. Premyer Liqa. Qəbələ - Zirə (Bakı) - 1:0

Filip Ozobiç, 52

12.02.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:2

Viktor İqbekoyi, 53; Riçard Qadze, 90+4 // Daniel Subotiç, 37; Filip Ozobiç, 88

02.04.2017. Premyer Liqa. Qəbələ - Zirə (Bakı) - 1:1

Sergey Zenyov, 8 // Sezar Meza Kolli, 61




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31