12 Oktyabr 2026, Bazar ertəsi
"Qarabağ"da gözlənilməz ayrılıq
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi

Ölkə futbolu

"Ronaldo Portuqaliya demək deyil"

"Nani və Ronaldo Portuqaliya millisi demək deyil. Onların oynamamalarının millimizin lehinə və ya əleyhinə olacağını indidən demək çətindir". Bu sözləri Futbolxeber.az saytına verdiyi açıqlamada milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis qeyd edib ki, Ronaldo və Naninin Azərbaycanla görüşdə olmaması Portuqaliya millisi üçün problem sayılmayacaq: "Bəlkə də onların yoxluğu bizim futbolçularımızın əleyhinə işləyəcək. Çünki adıçəkilən oyunçuların meydana çıxmaması millimizi rahatlaşdıra bilər. Amma istənilən halda, Portuqaliya millisi güclüdür. Ronaldo və ya Naninin meydandan olmaması komandanı zəiflədə bilməz. Düzdür, desəm ki, bu itkilər tam olaraq Portuqliyanın oyununa təsir etməyəcək, yalan olar. Çünki Ronaldo çox güclü futbolçudur, bunu hamımız bilirik. Öz sürəti hesabına hər an rəqib qapısı qarşısında təhlükə yarada bilər ki, bunu da İsraillə oyunda gördük. Amma mən hesab edirəm ki, Ronaldo və Naninin yoxluğu bizimlə oyunda Portuqaliya üçün itki hesab olunmayacaq. Əgər, Portuqaliya İsrail və ya Rusiya ilə oyuna Ronaldo və Nanisiz çıxsaydı, bax, o zaman bu itki hesab olunardı". 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31