29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Trabzonspor”da ehtiyatda qalmaqdansa..."

“Norveçlə oyunumuz alınmadı, istədiyimiz futbolu göstərə bilmədik. San-Marino üzərindəki inamlı qələbə isə həm bizim, həm də azarkeşlərin əhvalını yüksəltdi”.
 
Futbolxeber.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının futbolçusu Ramil Şeydayev deyib.
 
Bu günlərdə “Qarabağ”a keçən hücumçu sportsdaily.ru saytına geniş müsahibə verib. Müxtəlif məsələlər haqda danışan Şeydayev əvvəlcə Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsindəki çıxışına toxunub: “Ümumilikdə nəticələr qənaətbəxş olmadı. Halbuki, əvvəl hər şey yaxşı gedirdi və mən ikinci yer uğrunda mübarizə aparacağımızı düşünürdüm. Son 2 görüşdə maksimum xal toplamağa çalışacağıq. Millinin heyətində müntəzəm oynamaq mənə təcrübə qazandırır. Əvvəl heç vaxt Almaniya kimi güclü komandalara qarşı oynamamışdım. Belə matçları nə qədər çox keçirsəm, ustalıq səviyyəm bir o qədər artar. AÇ-2020-də final mərhələsinə vəsiqə qazanmağa çalışacağıq. Turnirə ev sahibliyi edəcək şəhərlərin sırasında Bakının olması bizə əlavə stimul verir”.
 
“Jilina”dan ayrılması və “Qarabağ”a keçidi haqda danışan Ramil bunları deyib: “Jilina”da yarım mövsüm keçirdikdən sonra “Qarabağ”dan təklif aldım. Razılıq verdim və 1 illik icarə müqaviləsi bağladıq. “Trabzonspor”la hələ 2 illik sözləşməm qalıb, amma onlar da “Qarabağ”a keçidimə razılaşdılar. “Jilina”da karyeram pis alınmadı. Amma karyeramın ən yaxşı dövrünü keçirdiyimi də deyə bilmərəm. Düzdü, qollar vururdum və yaxşı formada idim. Lakin Slovakiyaya qayıtmaq fikrim yoxdu. Çünki məişət məsələlərində çətinliklə üzləşirdim. Futbollarına isə zamanla adaptasiya oldum. “Trabzonspor”a da qayıda bilərdim. Lakin baş məşqçinin mənə olan münasibətini yaxşı bilirəm. İndiki məqamda Türkiyəyə dönmək mənim üçün uğurlu olmaz. “Trabzonspor”da ehtiyatda qalmaqdansa, “Qarabağ”da müntəzəm oynamaq yaxşıdı. Aldığım təkliflərin sırasında ən yaxşısı “Qarabağ”dan idi. Bu klub, Bakı və Çempionlar Liqasında iştirak ürəyimcədi. Bakı mənə Sankt-Peterburq kimidi. Azərbaycan yığmasında və “Qarabağ”da oynadığım üçün xoşbəxtəm”.
 
Şeydayev “Qarabağ”ın Çempionlar Liqasının (ÇL) qrup mərhələsindəki rəqibləri haqda da fikirlərini bildirib: “Əksər azarkeşlər “Çelsi” ilə oyunda “Qarabağ”ın heç bir şansının olmadığını düşünürlər, amma futbolda hər şey mümkündü. Biz İngiltərə nəhənginə qarşı mübarizə aparmaq gücündə olduğumuzu sübut etmək istəyirik. Qrupdakı rəqiblərimizin təqdimata ehtiyacları yoxdu. Bizə çox çətin olacaq, lakin azarkeşlərimizi üzməməyə çalışacağıq. Hər şey yaxşı olacaq. Ev oyunlarında “Qarabağ”ı çoxlu azarkeş dəstəkləyir. Komanda ÇL-in qrupuna vəsiqə əldə edəndə Bakıda necə bayram olduğunu təsəvvür edə bilməzsiz. “Çelsi”, “Roma” və “Atletiko” kimi klublara qol vurmağı çox istərdim. Amma əsas komandamın qələbə qazanmasıdı”.

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31